Çoxlu oyuncaqlar uşağa zərərlidir.
Aparılan araşdırmalar bunu təsdiq edib.
Xarici mətbuatda yayılan məlumata görə, yeriməyə başlayan uşaqların həddindən çox oyuncağının olması onların standart oyun keyfiyyətlərini aşağı salır.
Məlumatda bildirilir ki, az oyuncağı olan uşaqlar daha yaradıcı olurlar. Araşdırma aparan terapevtlər təcrübə üçün iki uşaq qrupuna nəzarət ediblər. İlk qrupdakı uşaqlara 4 ədəd oyuncaq, ikinci qrupdakı uşaqlara isə 16 oyuncaq verilib. Nəticədə az oyuncağı olan uşaqlar oyuncaqları ilə daha uzun müddət bir-birindən fərqli yollarla oynayıblar.
Valideynlərə, çox oyuncağı olan uşaqların əşyalarının bir qismini götürüb saxlamaları məsləhət görülüb.