Bu ilin I rübündə uşaqlara ən çox hansı adların qoyulduğu açıqlanıb.
Ədliyyə Nazirliyindən bildirilib ki, bu ilin yanvar-mart aylarında doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə Uğur, Hüseyn, Əli, Yusif və Məhəmməd, qadın cinsindən olanlara isə Zəhra, Zeynəb, Aylin, Məryəm və Fatimə kimi adların verilməsi üstünlük təşkil edib.