• Fialka.az Artiq Istifadenizdedir

  • Sayta Bacaqli Adminka Axtarilir

  • Yeni Yarislar Maraqli Lahiyyeler

  Login
  Online
File engine/modules/online/onlinee.php not found.
0

Eşq nədir- Onun ötəri hisslərdən fərqi nədir ?

Isdifadeci: Admin Tarix: 14 mart 2018 в 20:01 Baxilib: 803
Eşq nədir- Onun ötəri hisslərdən fərqi nədir ?


Eşq nədir ? Onun ötəri hisslərdən fərqi nədir ?

Bəzən insanın özündən asılı olmadan, daxilində bir hiss yaranır. Ancaq bilmir ki, bu, eşqdir, yoxsa həvəsdir?

Ona görə gərək baxaq, görək eşq nədir, həvəs nədir?

Eşq - dərin bir hissdir ki, insanı məşuquna tərəf cəzb edər və ondan ayrılmağa taqəti çatmaz. Aşiq üçün öz hal və ləzzətləri mühüm deyildir, onun tək istədiyi şey - məşuqun istəklərini yerinə yetirməkdir. Eşqin izzət və ehtiramı vardır. Bu ehtiram isə eşqin böyüklüyündən meydana gələr. Aşiq heç bir zaman özünü həqir görməz.

Ancaq həvəs o hissdir ki, ilkin baxışda eşqlə səhv salınır. Halbuki, ani və keçici olan bir hissdir. Onu cəzb edən şey - ləzzətdən başqası deyildir. Ona görə də bu həvəs şeytandandır.

Eşqlə həvəsin fərqi:

1. Həvəs - cismi və ruhi ehtiyaca cavab verməkdir. Suya, oksigenə olan ehtiyac kimi. Ancaq eşq bu cür ehtiyacdan daha yüksəkdədir. Eşq insanı inkişaf etdirər və istedadlarını üzə çıxardar. Çünki aşiq insan özünü həqir etməz və alçaltmaz. Eşq izzət və ehtiram gətirər.

2. Eşq məşuqu zindana salmaz və əsir etməz. Əksinə, eşq - azad edəndir. Əgər sevdiyimiz insanı məcbur etsək ki, ancaq bizim haqqında düşünsün, ancaq bizi görsün - o zaman onu özümüzə məhdud etmiş olarıq. Bu, eşq deyildir, həvəsdir. Bizi başqa birindən asılı etmişdir.

3. Eşqdə heç bir zaman sui-zənn olmaz. Eşq - bir etimaddır və əminlikdir. Bu hiss də məşuqu tanıyandan sonra meydana gələr.

Ona görə də pak eşqi heç bir zaman şeytani həvəslə səhv salmayın və onları bir-birindən ayırmağa çalışın.
dle

Related news

related-news

Add comment

Имя:*
E-Mail:
fikir
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | Smile əlavə et =) Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код: *