Riannanın qaşlarını qırxdılar - Sekiller
Barbados əsilli amerikalı müğənni rianna "British Vogue" jurnalı üçün fotoqsessiya edib.
Fashionista-ya istinadən bildirir ki, 30 yaşlı müğənni floristik stilli tacda və özünün "Savage X Fenty" brendinin istehsalı olan narıncı əlcəklərdə kamera qarşısna keçib. Vizajist İsamayya Frenç ona parlayan pomada seçib, üstəlik də Riannanın qaşlarını qırxaraq yerinə Edit Piaf stilində nazik tuş xətlər çəkiblər.
Fotosessiyanın müəllifləri fotoqraf Nik Nayt və "British Vogue"un baş redaktoru Edvard Ennifuldur.
Beləliklə, Rianna jurnalın payız buraxılışının üz qabığı üçün fotosessiya etmiş ilk qaradərili qadındır.