7 aylıq körpə internet fenomeninə çevrildi
Yaponiyada yaşayan və cəmi 7 aylıq olan Chanco adlı körpə internet fenomeninə çevrilib.
Buna səbəb uşağın saçlarıdır.
Saçları çiynindən olan Chanconun şəkillərini anası İnstaqram səhifəsinə yükləyib.
Balacanın hər gün müxtəlif pozlarda yüklənmiş şəkillərini 136 mindən çox insan izləyir.