Bürküdə bibər vannasında oturub bibər yedi
Çinin cənubundakı Hunan vilayətində bibərli, istiotlu yeməklər çox populyardır.
Ninszyan şəhərində də bibərli yeməkləri sevənlər üçün "Bibər çempionatı" keçirilir.
Yarışın şərtlərinə görə, içinə çoxlu çox acı qırmızı bibər tökülmüş suda oturan iştirakçı bir dəqiqəyə mümkün qədər çox bibər yeməlidir.
60 saniyədə ən çox bibər yeyən qalib sayılır.
40 dərəcə istidə içi qırmızı bibərlə dolu plastik çəlləkdə oturmuş Tan Şayhui bir dəqiqədə 50 qırmızı bibər yeyərək qalib gəlib.