Yeri cəhənnəm olan abidNəql edilir ki, Həzrət İsa (ə) bir gün bir səhradan keçirmiş və yolda o bir ibadət yerinə çatır ki, orada bir abid yaşayırdı. Həzrət İsa (ə) onunla söhbət etməyə başladı. Bu zaman oradan çirkin və pis işlərlə məşğul olan bir cavan keçirdi.
Həmin cavan, bu abidi və Həzrət İsanı (ə) görən kimi ayaqları süstləşdi. Yol gedə bilmədi və dayandı. O, dedi: "Allahım, mən öz çirkin işlərimdən xəcalətliyəm. İndi peyğəmbərin (ə) məni görsə və danlasa, nə edəcəyəm?
Allahım, üzrümü qəbul et və abırımı aparma".
Abid həmin cavanı görən kimi üzünü göyə qaldırdı və dedi: "Allahım! Qiyamət günü məni bu günahkar cavanla birlikdə məhşur etmə!".
Bu zaman Həzrət İsaya (ə) Allahdan vəhy gəlir və buyurur: "Həmin abidə de: "Biz duasını yerinə yetirdik və səni bu cavanla birlikdə məhşur etməyəcəyik. Çünki o, peşmançılıq və tövbə ardıncadır, behişt əhlidir.
Sən isə qürur və təkəbbürünə görə cəhənnəm əhlisən"".