إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ أُولَٰئِكَ هُمُ الصَّادِقُونَ
"Möminlər ancaq Allaha və Onun elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! (İmanlarında) sadiq olanlar da məhz onlardır." (Hucurat, 15).
İzah: Burada imanın qisimlərinə işarə olunur. Həqiqi iman odur ki, Allahın bəndəsi öz dini inanclarında zərrəcə şübhəyə düşməsin və bütün varlığı ilə Allah yolunda cidd-cəhd etsin.
Hədis: İmam Əli (ə): "Bəndə o zaman imanı dada bilər ki, ona çatanın çatmaya və çatmayanın çata biləcəyini bilsin." (Kafi, c. 2, səh. 58, hədis: 4).