Arıqlamaq üçün yaşıl çaydan fərqli maye sınamaq istəyirsinizsə, nanə çayı içə bilərsiniz. Nanə çayı iştahanı azaldır, həzm sisteminin fəaliyyətini gücləndirir, stresi aradan qaldırır, şişkinliyi azaldır.
Artıq çəkilərdən qurtulmağınıza yardımçı olacaq bu çayın hazırlanma üsulunu təqdim edir.
Tərkibi:
1 çay qaşığı qurudulmuş nanə yarpağı
incə dilimlənmiş zəncəfil
1 stəkan su
Zəncəfili əzin və ya rəndələyin. Bir stəkan su qaynadın və zəncəfili əlavə edin. 1-2 dəqiqə yenidən qaynadın. Bir az soyuduqdan sonra quru nanə yarpaqlarını əlavə edin və 5 dəqiqə gözləyin. Daha sonra çayı süzüb istehlak edə bilərsiniz.
Bu çay həm də rahat yata bilməyinizə yardımçı olacaq.