وُجُوهٌ يَوْمَئِذٍ نَاضِرَةٌ إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ
"O gün neçə-neçə üzlər sevinib güləcək, (könül gözü ilə) Öz Rəbbinə baxacaqdır!" (Qiyamət 22-23).
İzah: Yuxarıdakı ayə də Cənnət əhlinə veriləcək ən üstün nemətlərdən söhbət açır. Bu ayələrdə Cənnət əhlinin siması şad və sevincli vəsf olunur. Çünki Allahın camal sifətlərinin təcəllasını müşahidə etməklə məşğul olurlar.
Onlar zahiri gözlə Allahı görməsələr də könül gözü ilə Ona baxır, onun məftunedici təcəllalarına tamaşa etməkdən yorulmurlar. Bundan daha üstün nemət, bundan daha şirin həzz ola bilərmi?!
Hədis: İslam peyğəmbəri (s): "Cənnət əhli Cənnətə daxil olanda Allah buyurur: "Başqa bir şey əlavə etməmi istəyirsinizmi?" Onlar deyirlər: "(İlahi bizə hər şey vermisən) Üzümüzü ağ etməmisənmi? Bizi Cənnətə daxil etməmisənmi? Oddan xilas etməmisənmi?" Bu an pərdələr çəkilər (və Allahı könül gözü ilə müşahidə edərlər). Bu zaman onlar üçün Rəbbinə baxmaqdan daha sevimli şey yoxdur." (Şərhi-Nəhcül-bəlağə, İbn Əbu əl-Hədid, c. 90, səh. 280, ).