"Deyəsən yenə qaşınanlar var. Mən kəsdiyim çörəyə və onların yiyələrinə hörmət etdim, amma qanmadılar".
Bu sözləri aparıcı Könül Muxtarova İnstaqram hesabında yazıb. O, adını çəkmədiyi həmkarını hədələyib:
"Mən öz yerimdəyəm və heç kimin sayəsində gəlməmişəm bura. Vay o gündən ki, kiminsə sayəsində danışmaq öyrənən, özünü reklam üçün gələn danışır.
İmkanın olanda özünə redaktor tut. Mədəniyyətimdən susdumsa, siz də abrınıza sığının. Nəzərinizə çatdırım ki, siz "haralardasa" işləyəndə mənim dövlət televiziyasında yerim və peşəm bəlli idi".