İnsanın dosta ehtiyacı vardır, ancaq hər dosta yox.
Bu dünyada qazanc və dar günü üçün yığılan azuqə və ehtiyatlar çoxdur, amma onların arasında elə birisi vardır ki, heç bir mal - dövlət onunla müqayisə edilə bilməz.
Bu sərvət dostdur:
Həzrət Əli (ə) buyurur: Dost ən yaxın qohum və ən yaxşı qazancdır (dar günün azuqəsidir)
Həzrət Rəsulullah (s) buyurur: İnsan öz dostunun dinindədir; Sizlərdən hər biriniz kiminlə dostluq etdiyinizə diqqət yetirməlisiniz.
Həzrət Əli (ə) buyurur: Dost və həmnişin paltarın yamağı kimidir; özünə uyğun dost seç ki, yöndəmsiz yamaq olmasın. Yoldaş da dost kimidir, deməli özünə uyğun yol yoldaşı seç.
İmam Sadiq (ə) dost seçmək barədə tövsiyyələrində buyurur:
Qardaşlarından (din qardaşları nəzərdə tutulur - tərcüməçidən) üç dəfə səndən əsəbləşən, hər üç dəfə də sənə nalayiq bir söz demyən (sözünün barəsində nə isə pis bir reaksiya verməyən - red.) şəxsi özünə dost seç.
Həzrət Rəsululah (s) buyurur: Özü üçün istədiyini və özü üçün bəyəndiyini sənin üçün istəməyən adamla dostluq və yoldaşlıq etməkdən sənə xeyir gəlməyəcəkdir.