Həkimlər üzümün faydalı xüsusiyyətləri barədə danışdılar. Üzüm toxumlarında A, E və K vitaminləri, həmçinin təbii yağlar var. Bütün bu maddələr hüceyrələrin güclənməsinə və yaşlanmaya qarşı təsir göstərir.
Üzümün çəyirdəkləri ilə birlikdə yeyilməsi tövsiyə olunur bunun daha çox faydası var. Bundan əlavə, üzümdə bitki "estrogen resveratol" qrupundan bir maddə var.
Damarlarda qan xolesterini və iltihablı prosesləri azaldır. Üzümdə də vacib kofein turşusu, quertsetin və miratsetin kimi fenol birləşmələr mövcuddur. Bəzi araşdırmalara görə üzüm, bədəni xərçəngdən qoruyur.
Eyni zamanda, üzüm bütün orqanlara faydalı təsir göstərir. Beləliklə, giləmeyvədə olan liflər həzmə kömək edərək, tərkibindəki minerallar sinir sisteminə faydalı təsir göstərir.
Həkimlər optimal normanı gündə 150 ilə 250 qram arasında qeyd edir. Həkimlər, tərkibində daha çox antioksidant olduğu üçün nisbətən tünd giləmeyvələri seçməyi məsləhət görürlər.
Həkimlər ürək üçün faydalı olan bir sıra qidaların adlarını qeyd etmişdir. Onların arasında quru ərik, lobya, qoz-fındıq, quş əti və balıq var idi, lakin mütəxəssislər yağlı ət və şəkərdən imtina etməyi və ya istifadəsini nisbətən məhdudlaşdırmağı tövsiyə etdilər.