Rəhman və Rəhim Allahın adı ilə
Onları rahat burax ki, yeyib-içsinlər, bəhrələnsinlər, arzuları başlarını qatsın. Tezliklə biganəliklərinin acısını anlayacaqlar.
Ayənin mesajları:
-Təbliğ və tərbiyədə vaxtınızı ləyaqətsiz insanlara sərf etməyin.
-İnsan bə'zən küfrdə elə qərq olur ki, peyğəmbərlərin dəlil və xəbərdarlıqları da onu oyatmır.
- İnsanı qəflətdə saxlayan, onun başını qatan arzular yersizdir. Amma insanı işə təşviq edən arzular yaxşıdır.
-Allahın verdiyi möhləti Onun lütf və mərhəmət nişanəsi saymayaq. (Bə'zən həkim xəstənin adamlarına deyir: "Bu xəstəni rahat buraxın, istədiyini yesin. Çünki iş-işdən keçib.)