Quran ayələrində və hədislərdə bu mövzuya çox rast gəlmək olur ki, Allah filan peyğəmbəri (ə) və ya saleh bəndəni bəlaya məruz qoydu. Ya da Allah öz bəla və müsibətini o kəslərə şamil edər ki, xüsusi lütf və rəhmətinə nail olublar. (Tebyan)
Hədislərin birində oxuyuruq: "Allah o zaman ki, bəndəsini sevir, onu bəlalara qərq edər". Həzrət Peyğəmbər (s) haqqında oxuyuruq ki, Həzrət (s) o kəsin yeməyindən yeməzdi ki, bəla və müsibət sorağına gəlməmişdir. Bu amili Allahdan uzaq olmağı ilə bağlayardı.
Bəs necə olur ki, Allah bizi sevir, ancaq bizə bəla göndərir? Halbuki, sevməyin nişanəsi budur ki, onu xoş və rahat edəsən?
Bu sualın cavabı o zaman aydın olur ki, bəla və müsibətin fəlsəfəsi bizim üçün məlum olar. İnsan bilməlidir ki, kamala çatması üçün bir çox çətinliklərdən və bəlalardan keçməlidir ki, xalis ola bilsin. Necə ki, qızıl oda verilməzsə, həqiqi rəngini almaz, insan da bəla və müsibət görmədən xalis ola bilməz.
Lakin bu bəlaların təkcə əsl hədəfi - gizli, batini istedadları üzə çıxartmaq deyildir. Bu bəlalar insanı dəyişdirə bilir, kamilləşdirə bilir. İnsanı bir haldan başqa hala sala bilir. Zəifdən güclüyə, alçaqdan aliyə çevirə bilir. Zəifliyi və süstlüyü aradan qaldırar.
Ona görə də bəla və müsibətləri Allahın qəhri deyil, bəlkə lütfü kimi görmək lazımdır. Yəni, şər sifətində olan xeyirdir, bəla simasında olan nemətdir.