Qeydiyyat

Sekiller, Sevgi, Maraqli, Menali, Yukle, Profil,

Yazili Sekiller, Sekiller Yukle, Profil Sekilleri, Sevgi Sekilleri, Sekil Yukle, Maraqli Sekiller, Menali Sekiller, Profil Ucun, Status Sekilleri,

Valideyn hüquqlari nədir?

351


Allah "Qurani-kərim" buyurur: "Allahın qəti hökmü bu olmuşdur ki, Ondan başqasına pərəstiş etməyəsiniz, ata və ananıza yaxşılıq edin. Hər vaxt sənin valideynlərindən biri və ya hər ikisi sənin yanında qocalıq yaşlarına çatsalar, (onlara ən kiçik təhqiri belə rəva görmə və) onlara "uf" demə, onlara gözəl və ədəbli sözlər de, təvazö, nəvaziş qanadlarını onların üstünə sal və de: Pərvərdigara, necə ki onlar məni körpə yaşlarında tərbiyə etmişlər, onlara Öz lütfünü şamil et."

Bir şəxsin başqasının ona etdiyi xidmətlər müqabilində lazımi və münasib rəftar etməsinin zəruriliyi məsələsində şəkk yeri yoxdur. Bu iş də hər bir sağlam ruhiyyəli insanın atifəsindən nəşət tapır.

Camaatın etdiyi müxtəlif xidmətlər və nəvazişlər müqabilində etinasız olmaq əqlin, insaniyyət yolunun əksinə deyilmi? Həmçinin, bir şəxsə edilən lütf və ehtiramları görməməzliyə vurmaq aqil insanların adətinin əksinə deyildirmi?

Deməli, əgər xidmətlər və məhəbbətlər qarşısında edilən təşəkkür bir insani vəzifədirsə, onda ata-ananın çəkdiyi zəhmətlər, fədakarlıqlar müqabilində səy etmək, haqqını tapdalamamaq, valideynlərin üzücü zəhmətlərinə əməli təşəkkür etmək lazımdır.

Çünki ata və ana insan üçün hamıdan artıq xidmət etmişlər, yalnız onlar öz övladlarının səadət və rifahını özlərinin şəxsi səadət və rifahlarından ön plana çəkmiş, öz mənfəətlərini övladlarının tərbiyəsi və kamala çatması yolunda sərf etmişlər.

Müqəddəs İslam dini bu insani vəzifənin əhəmiyyətini təkidləndirərək valideynə ehtiram barəsində lazımi göstərişləri verir və ata-anaya ikram edib nəvaziş göstərməyi təkidli bir vacib əməl kimi vəsf edir və bu məsələyə o qədər əzəmətlə yanaşır ki, onu tovhid və allahpərəstlik məsələsi ilə yanaşı qeyd edir.

Bu tövsiyə Qurani-məciddə 5 yerdə qeyd edilmişdir: "Bəqərə" surəsi, ayə 83, "Nisa" surəsi, ayə 36, "Ənam" surəsi, ayə 151, "İsra" surəsi, ayə 23, "Loğman" surəsi, ayə 14.

"Əl-mizan" təfsirinin müəllifi mərhum Əllamə Məhəmmədhüseyn Təbatəbai buyurur: "Valideynin əmr və göstərişlərinə tabe olmaq və onlara yaxşılıq, ehsan etmək tovhiddən sonra vacib əməllərin ən mühümlərindən sayılmış, onların hüquqlarında nöqsanlı hallara yol verilməsi Allaha şərik qoşmaq günahından sonra ən böyük günah sayılır."

Həmçinin, dahi İslam alimi, "Məcməül-bəyan" təfsirinin müəllifi Mərhum Təbərsi buyurur: "Ata və ana qocalığın təsiri nəticəsində elə bir yerə çata bilərlər ki, uşaq kimi qorunub saxlanmağa, sərpərəstliyə daha çox ehtiyac duya bilərlər və özləri müstəqil şəkildə hərəkət edə, yaxud özlərini paklaya bilməzlər. Bu ayədə valideynə məhəbbət göstərib sözlərinə itaət etməyin qocalıq vaxtında tövsiyə olunmasının səbəbi budur ki, bu yaş dövründə qeyd olunanlara daha çox ehtiyac duyulur, əgər belə olmasaydı, ata-anaya təzim və ehtiram etmək onsuz da bütün yaş dövrlərində vacib və lazımdır."

Bu bəyanla aydın olur ki, ata-anaya ehtiram edib nəvaziş göstərmək bütün zamanlarda insani və dini bir vəzifə olmaqla vacibatın ən mühüm qismlərindən sayılır. Amma onların yaşları ötdüyü bir zamanda bu vəzifə daha həssas olur və ciddiləşir.

Bu münasibətlə əlaqədar qeyd olunan ayədə bu barədə söz açılır. Çünki onlar bütün dövrlərdə bizim ata-anamızdır və bizim vəzifəmiz budur ki, həmişə onlara təşəkkür edək, valideynlik duyğularını, atifələrini cəmiyyətdə canlı saxlayaq.

İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur ki, bir nəfər övlad sahibi olmaq barəsində çox etinasız idi və övladı olmasına ikrah hissi ilə yanaşırdı. Bir il həcc mövsümündə "Ərəfə" vüqufunda gördü ki, bir cavan ah-nalə ilə ağlayıb öz valideyni barəsində dua edir. Bu əməl ona o qədər təsir göstərdi ki, birdən-birə övlad arzusuna düşdü.

Bəli, övladların müsbət və qurucu hərəkətləri axirət savabından, valideynə qarşı təşəkkür və qədir bilməkdən əlavə, bu dünyada da ata-analıq duyğularını, vəzifələrini yerinə yetirmək hisslərini başqalarında da dirçəldir. Deməli cavan nəsil və cəmiyyətin bütün əziz övladları öz ata-analarına təzim etməyə və ehtiram göstərməyə səy göstərməlidirlər. Biz indi möhtərəm oxucuların diqqətini bu barədə olan hədislərə cəlb edirik.

"İsra" surəsi, ayə:23-24
"Əl-mizan" təfsiri, 13-cü cild, səh.83
"Məcməül-bəyan" təfsiri, 6-cı cild, səh.409
"Fürui-kafi", səh3-5
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
loading...
Oxsar Xeberler:
© 2017. FIALKA.AZ
Profil Sekilleri, Sevgi Sekilleri, Yazili Sekiller, profil sekilleri, yazili sekiller, sevgi sekilleri 2019, sekiller yukle, profil sekilleri 2019, yazili sekiller 2019, yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil, super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle, darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle, Sekiller | yazili sekiller | profil sekiller | xanimlardan sekiller