Qeydiyyat

Sekiller, Sevgi, Maraqli, Menali, Yukle, Profil,

Yazili Sekiller, Sekiller Yukle, Profil Sekilleri, Sevgi Sekilleri, Sekil Yukle, Maraqli Sekiller, Menali Sekiller, Profil Ucun, Status Sekilleri,

Təmizləyici, İlahi rəhmət, ruzi, bərəkət, qəlbləri sabit edən - yağış

372


Yağış yağan zaman sanki torpaq təzə ruha bürünür və ağaclar yeni həyat taparlar. Canlılar xüsusi sevincə və şadlığa malik olarlar. Bəli, yağış ölmüş torpağa yenidən can verər.

Yağış - İlahi rəhmətdir. Allah bu həyat amilini yerə göndərərək hamını sevincə qərq edir. Allah Təala yağışı pak su, bərəkətli su və İlahi ruzi adlandırmışdır.

Yağış - təharət vasitəsidir: "Biz göydən (yağış, qar və dolu şəklində özü) pak (olan) və pak edən bir su nazil etdik". ("Furqan" 48).

Yağış - bərəkətli sudur: "Göydən (yağış, qar və dolu şəklində) xeyir-bərəkət dolu su endirdik". ("Qaf" 9).

Yağış - İlahi rəhmətdir: "(İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və Öz rəhmətini yayan Odur və Odur başçı, dost, yardımçı və (bütün sifət və işləri) təriflənmiş!". ("Şura" 28).

Yağış - İlahi ruzidir: "Öz ayələrini (Öz tovhidinin əqli və nəqli dəlillərini) sizə göstərən və sizin üçün göydən (maddi və mənəvi) bir ruzi nazil edən Odur". ("Ğafir" 13).

Yağış - sevincə səbəb olar: "Elə ki, (Allah) o yağışı bəndələrindən istədiyinə yetirir, dərhal sevinir və şad olurlar". ("Rum" 48).

Yağış - möminlərin qədəmlərini sabit edər: "O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, şeytanın murdarlığını (şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi". ("Ənfal" 11).

Mənəviyyat və yağış: "(Mənə vəhy olundu ki): "Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik"". ("Cinn" 16).

Allah Təala bu ayələrdə buyurur ki, sizin ruziniz səmadandır və Allah yağışı göndərir və yer öz nemətlərini üzə çıxarır. Bundan başqa, yağış paklayıcıdır. Həm zahiri nəcasəti aradan aparar və həm də mənəviyyatı paklaşdırar.

Bədr döyüşünə gedən zaman müsəlmanlar toz-torpaq içində idilər. Su yox idi və hamı susuz idi. Şeytan bəzilərinə vəsvəsə edirdi ki, belə halda namaz qıla bilməzsiniz. Uca Allah göydən yağış nazil edir və hamı sirab olub, paklanır.

İmam Əli (ə) buyurur: "Yağış suyundan için ki, bədəni pak edəndir. Xəstəlikləri aradan aparar".

Susuz torpaq ruhsuz varlıq kimidir. Nə həyatı vardır və nə də sevinci. Torpaq yağış yağarkən aralanar və yenidən ona həyat gələr.

Torpağın yenidən dirçəlməsi: "Həmin O (Allah) ki, göydən müəyyən miqdarda (kamil hikmətinin tələbinə əsasən yağış, qar və dolu şəklində) su nazil etdi və onun vasitəsi ilə (bitki və ağaclar bitirməklə) ölü bir ölkəni diriltdik. (Qiyamət günü siz də torpaqdan) beləcə çıxarılacaqsınız". ("Zuxruf" 11).

Torpağın hərəkətə gəlməsi: "Onun üzərinə (yağış, qar və dolu şəklində) su endirdiyimiz zaman o, canlanar və (həm özü, həm də yetirdiyi bitkilər) qalxar". ("Fussilət" 39).

Torpağın canlanması Allahın nişanəsidir: "Həmçinin gecə ilə gündüzün get-gəlində, onların artıb azalmasında, Allahın (yağış və günəşin nuru kimi) göydən nazil etdiyi və vasitəsi ilə yeri öldükdən sonra diriltdiyi (toxumlara, bitkilərə və fidanlara inkişaf ruhu verdiyi) ruzidə, eləcə də küləklərin (müxtəlif istiqamətlərə) dolandırılmasında düşünənlər üçün nişanələr vardır". ("Casiyə" 5).

Torpaq aralanar: "Biz suyu xüsusi bir tərzdə (yağış, qar və dolu şəklində) yağdırdıq. Sonra da yeri xüsusi bir üsulla (otların, ağacların və bulaqların halına mütənasib surətdə) yardıq". ("Əbəsə" 25-26).

Bəli, yağış torpağa can verər və onu yenidən həyata gətirər, cücərdər, məhsul verər. Ancaq bu yağışın mənəviyyatla birbaşa əlaqəsi vardır. İnsan əməlləri yağışın az və çox yağmasına təsir qoyar. Allah əzab vermək istəyi qəbilədən yağışı kəsər və onları susuzluğa düçar edər. Ya da onlara göydən daş və pis yağış yağdırar: "Onlar (Məkkə müşrikləri) yəqin ki, pis yağış yağdırılmış şəhərdən (Lutun qövmünün daş yağışı yağdırılmış məskənlərindən) keçiblər. Belə isə məgər oranı görməyiblər? (Görməyə bilməzlər,) lakin onların yenidən dirilməyə ümidləri (və etiqadları) yoxdur". ("Furqan" 40).

Ancaq nemətini artırmaq istəyi və tövbə edən qəbiləyə rəhmət və neməti olan yağışı nazil edər və onları sevindirər. ""Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin"". ("Hud" 52).

Bəli, yağış Allahın rəhmət və nemətidir, hər birimiz bunu yaddan çıxartmayaq: "Doğrudan da Biz yağış nemətini xatırlamağı (lap qədimdən) insanların arasında müxtəlif üsullarla bəyan etmişik və bunu (bu neməti) insanların arasında həmişə dolandırmışıq (dünyanın kamil quruluşuna əsasən hər bir mühitə və hər bir millətə ondan pay vermişik) ki, (Bizim qüdrət, hikmət və mərhəmətimizi) yada salsınlar". ("Furqan" 50).
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
loading...
Oxsar Xeberler:
© 2017. FIALKA.AZ
Profil Sekilleri, Sevgi Sekilleri, Yazili Sekiller, profil sekilleri, yazili sekiller, sevgi sekilleri 2019, sekiller yukle, profil sekilleri 2019, yazili sekiller 2019, yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil, super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle, darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle, Sekiller | yazili sekiller | profil sekiller | xanimlardan sekiller