Qeydiyyat

Sekiller, Sevgi, Maraqli, Menali, Yukle, Profil,

Yazili Sekiller, Sekiller Yukle, Profil Sekilleri, Sevgi Sekilleri, Sekil Yukle, Maraqli Sekiller, Menali Sekiller, Profil Ucun, Status Sekilleri,

Nar möcüzəsi

480


Mehriban Allah minlərcə növbənöv bitki və meyvələri insanın ixtiyarına vermişdir. Texnika sahəsində elmin zirvələrinə yüksəlmiş, başqa planetləri, qalaktikaları tədqiq etməyə çalışan insan görəsən heç qozu sındırdıqda təəccübdən heyrətə gəlmirmi?!
İki hissədən ibarət olan qoz ləpəsi insan beyninə necə də oxşayır! Lobyaya, xüsusən də maş lobyasına diqqət yetirmirmi?
O, nədən bu qədər böyrəkləri xatırladır?! Yeni planetlər kəşf etmək istəyən insan görəsən heç buğda dənəsinin quruluşuna diqqət vermirmi?! Bu qədər bənzərlik hikmətsizdirmi, mənasızdırmı?! Bəlkə Ulu Yaradan bizim bitki aləmi ilə, ümumiyyətlə təbiətlə bağlılığımızı göstərir?

Bizə düşünmək qalır, həqiqətləri isə ən yaxşı bilən Allahdır. Sirlərlə dolu aləmin--bitkilərin, meyvələrin dillərini, sirlərini anlayan,

bizlərə tanıtdırmağa çalışan, bu sirli aləmin elmini bəşər arasında yayan Allahın elçiləri--peyğəmbərlərə, onların ən şərafətlisi

Həzrət Məhəmmədə (s) və onun elm xəzinəsi olan övladlarına Allahın ən gözəl salamı olsun!

Səmavi kitabların sonuncusu və ən kamili olan Qurani-Kərimdə Allah insanlara xitab edir: "Vəgöydən su nazil edən də Odur. Biz onunla (su ilə) hər cür göyərtini çıxartdıq. O göyərtidən dəyaşıllıq meydana gətirdik ki,
bu yaşıllıqdan bir-birinin üstünə komalanmış dənələr (sünbüllər),xurma tumurcuğundan qoparılması asan olan salxımlar,
üzüm bağları, bir-birinə bənzəyən vəbənzəməyən zeytun və nar yetişdirdik. Bar verdikləri vaxt və bir də yetişdikləri zaman meyvəsinəbir baxın!
Həqiqətən bütün bunlarda iman gətirən şəxslər üçün bir çox ayətlər (dəlillər) vardır".
İlahi nemət olan nar öz qəribə zahiri quruluşu ilə insanı nə qədər heyrətə salırsa, onun daxili quruluşu, yəni tərkibi də bir o qədər
heyrətləndirici mənzərə yaradır. Narın kimyəvi tərkibi nişasta, limon turşusu, tanin, karbohidrat,
protein, yağlar, su, kalium, fosfor, dəmir, V1, V2 vitaminləri, aşılayıcı və bir çox başqa faydalı maddələrdən ibarətdir.
124 min peyğəmbərin sonuncusu, Allahın seçilmişi və sevimlisi Həzrət Məhəmməd (s) buyurur: "Nar yeyin! Yediyiniz narların hər birininiçərisində Cənnət narlarından bir dənə vardır."
İçərisində Cənnət meyvəsindən kiçik bir hissə saxlayan bu ilahi nemətin həm ağacının kökünün qabığı, həm meyvəsinin

üz qabığı, həm meyvəsi və həm də içərisindəki ağ pərdələri dərmandır.

Nar ağacının kökünün qabığı və ya meyvəsinin qabığı qaynadılıb balla şirinləşdirilir, bağırsaq parazitlərini məhv

etmək üçün səhərlər acqarına içilir, meyvəsini yemək və çubuqlarını qaynadıb suyunu içmək isə ishala qarşı çox faydalıdır. Meşədə bitən cır nar bu baxımdan daha təsirlidir. Onu qaynatdıqdan sonra suyunu süzərək içirlər. Bu ilahi nemətin meyvəsindən şirə, kompot, bəhməz hazırlanır ki, onlar da hərəsi öz-özlüyündə müxtəlif xüsusiyyətlərə malikdir.

Qusma və ürəkbulanmasına qarşı saxlanmış narın özü və ya bəhməzi çox kömək edir.

Nar gülü və ya nar qabığının qaynadılmasından alınan məhlul diş dibi ətini möhkəmləndirir. Saxlanmış narın şirəsini
balla qarışdırıb ağızı qarqara etdikdə ağıziçi yaraları (stomatit) sağaldır, mədə iltihabında isə köhnə nardan alınmış
bəhməzi səhərlər acqarına içirlər. Həzrət Məhəmmədin (s) pak əhli-beytinin üzvlərindən olan altıncı imamımız
İmam Sadiq (ə) buyurur: "Narı pərdəsi iləbirlikdə yeyin, ona görə ki, mədəni aşılayır və insanın zehnini qüvvətləndirir".
Ümumiyyətlə, nar əsəblər üçün də çox faydalıdır. Məsumların tövsiyələrində buyurulur ki, həzm prosesini gücləndirmək

üçün yeməkdən sonra bir az nar qəbul etmək məsləhətdir. Mədəni qüvvətləndirmək üçün isə narı içindəki

ağ pərdələrlə birlikdə yemək yaxşıdır.

İmam Sadiq (ə) buyurur: "Şirin nar yeməyi tövsiyə edirəm, çünki mədəyə daxil olan hər bir nar birxəstəliyi bədəndən çıxarır".
Buradaca qeyd etmək yerinə düşər ki, şirin nar yemək cinsi fəaliyyəti gücləndirir. Saxlanılmış narı yemək isə susuzluğu

aradan qaldırmağın, hərarəti aşağı salmağın ən yaxşı vasitələrindəndir.

Nar şirəsi içmək ürək döyüntüsü olanlar üçün çox faydalıdır. Nar bəhməzi yaralara,

iltihablı nahiyələrə çəkilərsə, sağalma prosesini sürətləndirər.

Məsum imamlarımız buyururlar: "Nar Cənnət meyvələrindəndir, o, mədəni qüvvətləndirər,vücüddakı zərərli maddələri çıxarar
, bir çox xəstəliklərdən şəfa
tapmağa yardım edər. Onundənələrindən biri Cənnət meyvəsidir. Odur ki, narı elə yemək lazımdır ki, dənələrindən biri dəyerə düşüb itməsin".
Başqa bir tövsiyədə isə buyurulur: "Yediyiniz hər bir şeyi çalışın başqası ilə bölüşəsiniz, bircənardan başqa. Narı hər kəsin özü yesə yaxşıdır ki, Cənnət dənəsindən məhrum olmaya".
Həzrət Əli (ə) nar yeyən zaman altına süfrə salardı, səbəbini soruşduqda isə buyurardı ki, "Narıniçərisində behişt dənəsi
mövcuddur, gərək itirməyəsən".
İmam Cəfər Sadiq (ə) buyurur: "Hər kim bir nar yesə, onunla şeytanı 40 gün xəstə edər".
Əlbəttə nara verilən bu qədər qiymət, onun insana verə biləcəyi faydalara görədir.

Hamiləlikdən bir az əvvəl və hamiləlik dövründə nar yeyən qadınların uşaqları sağlam və gözəl olur.

Məsum imamlardan tövsiyə var: "Hər kim nar yeyərsə ürəyi işıqlanar, ürəyi işıqlı olandan isəşeytan uzaqlaşar. Yatmaq vaxtı nar yeyən adam isə səhərə qədər
xəstəliklərdən və şərdənamanda olar".
İmam Cəfər Sadiq (ə) buyurur: "Öz uşaqlarınıza nar yedirin, bu, onların yaxşı və tez inkişafetməsinə səbəb olar".
Nar şərbətini bənövşə gülü ilə qarışdırıb 10 gün, gündə üç dəfə 100 qram içmək plevrit xəstəliyinə qarşı gözəl nəticə verir.

Babasil xəstəliyi zamanı iki dəstə yarpızı suda qaynadıb süzür, sonra ona yarım stəkan nar şirəsi əlavə edərək ilıq halda

həftə ərzində hər gün, gündə iki dəfə babasili yumaq məsləhətdir.

Bu ilahi nemətin şirin və ya turş növdən olması da onun müalicəvi xüsusiyyətlərindən xəbər verir. Yəni turş narın şərbəti öd şiddətini yatırır, mədəni qüvvətləndirir, ishala qarşı yaxşı təsir göstərir. Şərbət hazırlamaq üçün narın şirəsini vam odda qaynadır və ona 1\3 qədər şəkər, ya da bal qatırlar. Bu yolla hazırlanmış şərbət ishala, sətəlcəmə və sinə ağrılarına qarşı çox faydalıdır.

Şirin nar və onun şərbəti ağ ciyər, sinə, mədə və qara ciyər üçün faydalıdır. Nar şərbətinə şəkər və nişasta qataraq ondan sinə tutulması və öskürək əleyhinə istifadə edirlər. Bu, həm də dalaq müalicəsində müsbət təsir göstərir.

Bu ilahi nemətin tumları yeyilərsə, o zaman bağırsaqların iç divarları təmizlənər.

Mədə və bağırsaq qurdlarını məhv etmək üçün 60 qram nar kökünün qabığını 750 millilitr suda 6 saat isladır, sonra onu 500 millilitr su qalana qədər qaynadırlar, yəni məhlulun 1\3-i buxarlanana qədər, sonra süzüb 3 hissəyə bölür, 2 saat fasilə ilə üç dəfəyə içirlər. Bir qədər keçdikdən sonra mədəyumşaldıcı vasitə qəbul edirlər.

Mədə-bağırsaq pozulmasında isə nar meyvəsinin quru qabığını qaynadıb içmək məsləhətdir.

Nar şirəsi böyrək və mədə ağrısı zamanı da faydalıdır. Turş narın şirəsi isə şəkər xəstəliyində işlədilən gözəl vasitədir.

Nar qabığının qaynanmış suyundan yaraları sağaltmaq üçün, mədə-bağırsaq qurdlarına, anginaya qarşı işlədilir. Nar şirəsi qan damarlarının gözlərini təmizləyir və açır, bağırsaqları yumşaldır, böyrəkləri təmizləyir, sidik ifrazını artırır, qara ciyəri möhkəmləndirir, sarılıq xəstəliyinin müalicəsinə kömək edir, ürək döyüntüsündə, dalaq xəstəliyində də faydalıdır.

Bu ilahi nemət səsi təmizləyir, insanı kökəldir, qidanın mədədən bağırsağa keçməsini tənzimləyir, üzün rəngini açır.

Maraqlıdır ki, nar ağacının ətrafına heç vaxt zəhərli həşarət və sürünənlər yaxınlaşmır. Bu xüsusiyyətlərini nəzərə alaraq anbarlara, zirzəmilərə böcəklər yaxınlaşmasın deyə nar ağacının qabığını qoyurlar.

Kiçik bir nar meyvəsində bu qədər faydalar qərar vermiş Allah-taalaya şükürlər olsun!
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
loading...
Oxsar Xeberler:
© 2017. FIALKA.AZ
Profil Sekilleri, Sevgi Sekilleri, Yazili Sekiller, profil sekilleri, yazili sekiller, sevgi sekilleri 2019, sekiller yukle, profil sekilleri 2019, yazili sekiller 2019, yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil, super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle, darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle, Sekiller | yazili sekiller | profil sekiller | xanimlardan sekiller