30 yaşdan sonra dəri xüsusi qulluq tələb edir. Çünki kollagenin orqanizmdə olan miqdarı yaş ötdükcə azalmağa başlayır. Bu da üz dərisindəki sallanmalara, qırışların yaranmasına gətirib çıxarır.
Dəri gün ərzində ətraf mühitin təsirindən zərər görür. Külək, günəş şüası, soyuq dərini zədələyən amillər sırasındadır.
Qidalandır, nəmləndir, qoru:
Əgər erkən yaşda səpkilərlə mübarizə aparmağa çalışırıqsa, 30-dan sonra qırışları aradan qaldırmağı arzulayırıq. Dəri tonusunu saxlamaq üçün onu nəmləndirin. Səhər və gecə yatmazdan əvvəl dərini təmizləməyi unutmayın. Təmizləyici vasitələr mütləq dəri tipinizə uyğun olmalıdır. Həftədə üç dəfə ev şəraitində pilinq edin. Dəri yenilənməlidir.
Amma zaman keçdikcə gündəlik təmizləmə və nəmləndirmə də işə yaramır. Kosmetoloqa müraciət edib, müxtəlif prosedurlardan yararlanın. Peşəkar edilən pilinqlə dərinizin soyulması və yenilənməsi sizi xırda qırışlardan xilas edəcək.
Kosmetik vasitələr istifadə edərkən tərkibinə diqqət edin. Mütləq dərini nəmləndirməlidir. Dəri makiyajda olan zaman belə nəfəs almalıdır.
Kollagen dərmanları atın. Üzünüzə kollagen tərkibli kremlər çəkin. Xaricdən qulluq kimi, daxili sağlamlıq da önəmlidir.
Yaşlanma əleyhinə krem çəkin:
Hələ 50 yaşına çatmasanız da, yaşlanma əleyhinə kremlər lazımdır. Tərkibi antioksidanlarla zəngin olan kremlər alın. Eyni zamanda günəşdən qoruyan kremləri unutmayın.
Vitaminlərsiz olmaz:
Dərini cavan saxlayan vasitələr arasında minerallar və vitaminlər də ilk sıradadır. Çalışın vitamin tərkibli tərəvəzlər və meyvələr yeyin. Eyni zamanda dərman formasında da onları qəbul edə bilərsiniz. Qida rasionunuzda zülal, yağlar olmalıdır. Vaxtında yatın və yuxu 8 saatdan az olmamalıdır.