Nəql edilir ki, ikinci xəlifənin zamanında bir nökəri gətirirlər ki, öz ağasını öldürmüşdü. Nökər etdiyi əməli etiraf etdi və onun barəsində qətl hökmü verildi.
İmam Əli (ə) nökərdən soruşdu ki, ağasını öldürməyinin səbəbi nə olmuşdur.
Nökər dedi: "Mənimlə Lut qövmünün pis əməlini etmişdir".
İmam (ə) qətl olunan şəxsin varislərindən soruşdu ki, onu dəfn etmisiniz?
Dedilər: "Bəli".
İmam (ə) buyurdu: "Qisas almaqda üç gün səbir edin".
Hamı İmamın (ə) əmri ilə üç gün səbir etdi. Qətli təxirə saldılar.
Üçüncü gün tamam olan kimi qətl olunan şəxsin varisləri, xəlifə və İmam (ə) qəbir üstünə getdilər və İmamın (ə) əmri ilə qəbri açdılar. Ancaq onu boş gördülər.
Həzrət Əli (ə) təkbir dedi və sonra üzünü insanlara tutub buyurdu: "Peyğəmbər (s) buyurmuşdur: "Hər kim mənim ümmətimdən Lut qövmünün əməlinə düçar olar və dünyadan tövbə etmədən gedərsə, üç gün qalmaz ki, torpaq onu özünə çəkər. Lut qövmünün olduğu yerə aparar ki, Qiyamət gününə qədər onların zümrəsində məşhur olsun"".