Türkiyəli aktrisa Ceyda Düvenci bir daha aktrisalıq etməyəcəyini açıqlayıb.
Tədbirlərin birində çıxış edən aktrisa iş saatları uzun olduğu üçün bu qərarı aldığını bildirib:
"Televiziyada yayımlanan serialların iş saatlarını düzgün hesab etmirəm. Həftənin 6 günü 15 saat işləməyi özümə uyğun görmədim və bu sahədən ayrıldım. Yazıçı və aparıcı kimi fəaliyyətimə davam edirəm".