Türkiyədə çəkilən "Yanlış anlama" filminin ikinci hissəsinin çəkilişlərinə başlanılıb.
Ekran işində rol alması planlaşdırılan aktrisa Pərvin Abıyeva layihədən uzaqlaşdırılıb. Onun yerinə isə baş rolda aktrisa Gülşən Hüseynova çəkiləcək.
P.Abıyeva filmdə rol almamasının səbəbini "Səhər mərkəzi" proqramında danışıb. O bildirib ki, Şri-Lankaya istirahətə getməsi onun filmdəki roluna son qoyub:
"Ssenari mənim üstümdə qurulmuşdu. Günah məndə deyildi, onlarda idi. Əvvəldən plan qurdum, bilet aldım ki, istirahətə gedirəm. 15-20 günlük tətilə getdim. Onlara bu haqda əvvəldən demişdim. Dedilər ki, tətili təxirə sal. Dedim, elə siz dəyişin çəkiliş vaxtını. Bilirdiniz ki, getməliyəm. Bilə-bilə edirsinizsə, günah məndə deyil. Biletə o qədər pul vermişdim. Onlar heç mənə film üçün o qədər pul vermirdilər. Mənim gəzməyim tərəzidə daha ağır gəldi".
Pərvin bildirib ki, onu filmdə aktrisa Gülşən Hüseynli əvəzləyəcək:
"Mənim yerimə Gülşən adlı aktrisa çəkildi. Onsuz orada oynamalıydı, amma baş rolda yox".
Qeyd edək ki, "Yanlış anlama"nın birinci hissəsində Fərda Xudaverdiyev, Pərvin Abıyeva, İslam Mehrəliyevlə yanaşı, türkiyəli aktyorlar Pelin Sönmez, Hakan Bilgin, Bahadır Efe də rol alıblar. İkinci bölümdə isə Gülşən Hüseynli, Cemal Ünal, Elcan Rəsulov, İslam Mehrəliyev, Yılmaz Qruda, Fatuh Özkan rol alırlar.