O böyük həkim miladi 980-ci ildə (hicri 370) Buxara yaxınlığındakı Afşana kəndində anadan olub. İstedadı lap uşaqlıqdan üzə çıxıb. O, 10 yaşında Quranı əzbər bilib, (yeri gəlmişkən, hafizlər Quranı bütövlüklə hifz etmək üçün uzun illər sərf edirlər), 12 yaşında şəriət (müsəlman qanunşünaslığı) üzrə müxtəlif məsləhətlər verib. 16 yaşında isə Buxara əmirinin şəxsi həkimi olub.
İbn Sina təkcə İslam aləmini deyil, dünya mədəniyyəti xəzinəsini zənginləşdirən bir irs qoyub. O, taun, vəba, sarılıq kimi xəstəliklərin səbəblərini analiz edib, meningit, mədə xorası və bir sıra başqa xəstəliklərin müalicə üsullarını göstərib. İlk dəfə göz əzələlərinin quruluşunu da o təsvir edib. Ona qədər dünya tibb elmində hesab olunurdu ki, göz fənər kimi işıq şüalandırır və bu şüalar obyektə dəyib qayıtması ilə insan görür.
O böyük şəxsiyyətin dövrümüzə qədər 250-ə yaxın əsəri gəlib çıxıb. Lakin onun 450-yə yaxın əsər yazdığı ehtimal olunur.
İbn Sina əsərləri fəlsəfə, tibb, riyaziyyat, astronomiya, mineralogiya, poeziya, musiqi və s.mövzuları əhatə edir.Onun ən məşhur kitabı isə "Əl-Qanun fit-tibb" (Ttibbdə qanun) kitabıdır. Bu kitab 40-dan artıq dildə tərcümə edilib. Beş cilddən ibarət olan bu kitabda farmakologiya haqqında əsas biliklər, ürəyin, qara ciyərin, beynin ətraflı təsviri verilir. Bundan başqa, taun və vəbanın fərqi verilir, plevrit və ciyərlərin sətəlcəmi, cüzam, şəkər xəstəliyi, mədə xorası haqda o vaxt üçün çox qiymətli bilgilər toplanıb. Qısa müddətdə "Qanun" bütün dünyada tibb ensiklopediyası kimi qəbul olunur. Çap dəzgahı ixtira olunandan sonra ilk nəşr olunan kitab Bibliya, ikincisi isə İbn Sinanın "Qanun" kitabı olub. Avropada beş əsrdən artıq tibbi bu kitabdan öyrəniblər. Yalnız 800 il keçəndən sonra fransız alimi Paster yoluxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında İbn Sinanın hipotezini sübut etməyə müyəssər olub.
İbn Sina həmçinin İsfahanda rəsədxananın əsasını qoyub və Günəş apogeyinin hərəkət etdiyini sübut edən ilk şəxslərdən olub. Ölçülərin dəqiqləşdirilməsi üçün orijinal metod tətbiq edib. Hansı ki, nəticədə "Nonius prinsipi" kimi tanınıb.
Böyük İslam dühası Bin Sina tibbi elimlərlə yanaşı dini, əqidəvi mövzuları özündə əks etdirən əsərlərin də müəllifidir. O Aristotel məntiqindən bəhrələnmiş, "Məntiqul-Məşriqin" əsərini yazmışdır. Təsüf ki o əsərin yalnız kiçik bir hisəsi dövrümüzə gəlib çatmışdır. O dahi filosof həmçini İslam təfkkürünün formalaşmasında özünə məxsus yerə malik olan "Məşşai" fəlsəfəsinin əsasını qoymuşdur.
O böyük alim, təbib, filasof 57 il ömür yaşamış, bütün ömrünü elmə və tərəqqiyə həsr etmişdir. Hazırda məzarı İranın Həmədan şəhərindədir.