Qeydiyyat

Sekiller, Sevgi, Maraqli, Menali, Yukle, Profil,

Yazili Sekiller, Sekiller Yukle, Profil Sekilleri, Sevgi Sekilleri, Sekil Yukle, Maraqli Sekiller, Menali Sekiller, Profil Ucun, Status Sekilleri,

Quranın savabı ölüyə çatırmı?

565


Arada dünyəvi mənfəət və ya pul olmadığı halda bir adam Quran oxuyub savabını yaxınlarına, yaxud başqa bir möminin ruhuna bağışlayarsa, həmin Quranın savabı ölən adama çatırmı?

Bu məsələ nə Həzrəti Peyğəmbərin yaşadığı dövrdə, nə də səhabələrin yaşadıqları zamanda mübahisə mövzusu olmayıb. Çünki o dövrlərdə ölülər üçün Quran oxumaq, xətm edib savabını bağışlamaq məsələsi yox idi. Xətm etmək isə heç mümkün deyildi, çünki Quran tamamilə gəlməmişdi. Ölülər üçün Quran oxumaq və savabını bağışlamaq adəti səhabənin yaşadığı əsrdən uzaqlaşdıqdan sonra başlanıb və günümüzə qədər gəlib çıxıb. Və belə görsənir ki, cəmiyyətimiz asan və tez bir vaxtda bidət ((Bidət: Dində olmadığı halda, İslama sonrada daxil edilmiş olan və "din" adı altında tətbiq edilən söz və davranışardır. Başqa bir ifadəylə desək, bidət: "Allah və Rəsulunun əmrlərinin əksini yaşamaqdır", "şəriətin əslinə uyğun olmayan, Peyğəmbərin hədislərinə zidd gələn" və din olaraq qəbul edilən hər şeydir. (İbnul Əsir, "ən-Nihayə fihqi Qaribul-Hadis", b-d-a maddəsi).)) sayılan bu vərdişlərindən əl çəkməyəcəklər və ya çəkə bilməyəcəklər.

Məzhəb imamlarından üçü İmam Şafii, İmam Malik və İmam Əhməd ölü üçün oxunan Quranın savabının qəti olaraq ünvanına getməyəcəyini bildirirlər. Çünki insan öləndən sonra onun imtahan müddəti də başa çatır. İmam Əzəm Əbu Hənifə isə ölənin övladları, yaxın qohumları və tələbələri oxuyarsa, yalnız belə olan təqdirdə oxunan Quranın savabının ölüyə getdiyini qəbul edir və sübut olaraq da Həzrəti Peyğəmbərin bu hədisini göstərir: "Adəmoğlu öldüyü zaman onun əməl dəftəri bağlanır, nə savab, nə də günah yazılır. Ancaq ölən üç qrup insanın əməl dəftərləri bağlanmır. Bunlar: 1.Sadaqayi-cariyə sahibləri, 2. Öləndən sonra istifadə edilən elm və əsər qoyan alimlər, 3. Arxasınca xeyir-dua edən, xeyirli övlad yetişdirən valideynlər". Məzhəb imamlarının bu fikirlərinə baxmayaraq, çox böyük ziddiyyətdir ki, insanlar hələ də ölüləri üçün Quran oxudur, xətm etdirir, hətta sifariş belə verirlər. Azərbaycan xalqı arasında adət halına gələn üç, yeddi, adna, qırx, əlli iki və il vermək, Ramazan ayında xətm oxutmaq, bayramları "qara bayram" adlandıraraq ölülər üçün Quran oxutmaq adi hal kimi qəbul edilir.

Quran oxuyan "alimlər"in "nəzir"lə könlünü almaq isə "ən böyük adətdir". Çünki o sənin ölülərinin ruhuna Quranı pulsuz oxuyası deyil ha! Quran oxuduğuna görə, onun könlü xoşhal edilməlidir ki, ondan gələn savab ölüyə gedib çıxsın (!). Bəzi Quran oxuyanlar da oxuduğu Quranın əvəzində aldığı "nəzir"in doğru olduğunu sübut etmək üçün "Dinimizdə hədiyyə almaq da, vermək də halaldır" və ya "Mən pulu oxuduğum Qurana görə yox, itirilən vaxtıma və əziyyətimə görə alıram", - deyərək, ölü üçün oxunan Quranın əvəzində mənfəət əldə etməyi özləri üçün müsbət hal kimi qələmə verməyə çalışırlar. Doğrudanmı həqiqət onların dediyi kimidir, yəni mütləq onlara hədiyyə verilməlidir? Yaxud Quran oxuyan və ya xətm edən həmin şəxs onun oxuduğunun əvəzinin verilməyəcəyini bilsə, yenə də həmin adam üçün Quran oxuyarmı? Bu suallara müsbət cavab vermək, "bəli, oxuyardı" demək heç də düzgün cavab olmayacaq. Ölülər üçün Quran oxumaq və ya oxutmaq, Quranı xətm etmək, üç, yeddi, adna, qırx, əlli iki və il mərasimləri təşkil etmək kimi adətlərin hamısı Allah Rəsulunun sağ olduğu dövrlərdə olmayan, lakin sonradan din olaraq çıxarılmış mövhumatlardır. Mövhumatlar qarşısında isə Peyğəmbərin necə hərəkət etdiyi məlumdur. Bununla bağlı Allah Rəsulu belə buyurub:

"Ən xeyirli söz Allahın Kitabıdır. Ən yaxşı yol Muhəmmədin yoludur. Dində ən pis iş bidətlərdir. Hər bidət mərduddur (rədd edilib). Kim onlara sarılarsa onu dindən uzaqlaşdırar" ((Əbu Davud, "Sunən", Sünnə, 5; Muslim, "Sahih", Cuma, 43.)) Ölülərə Quran oxumaq kimi bidətlərə nə ehtiyac var? Dünyada yaşayanların ölülər üçün edəcəkləri Qurani-Kərimdə və Həzrəti Peyğəmbərin sünnəsində açıq-aşkar bildirilib. Məsələn, Uca Allahın "Həşr" surəsindəki bu ayəsini nümunə göstərə bilərik: "Muhacir və ənsarlardan sonra gələnlər deyərlər: "Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla! Ürəklərimizdə iman gətirənlərə bir kin-kudurət qoyma! Rəbbimiz, Sən ki şəfqətlisən, rəhmlisən" ("Həşr" surəsi, 59/10)". Qurani-Kərimin başqa bir ayəsində də İbrahim ələyhissalamından bir dua nümunəsi verilib: "Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!" ("İbrahim" surəsi, 14/41).

Həzrəti Peyğəmbərin: "Cənazə namazı qılarkən ölü üçün ürəkdən dua edin!" ((Əbu Davud, "Sunən", Cənaiz, 60; İbn Macə, "Sunən", Cənaiz, 23.)) hədisini və oxuduğu bu duanı burada misal kimi veririk: "...Allahım, xüsusilə bu meyit əgər xeyirxah biridirsə, onun yaxşılığını çoxalt, əgər pis adam olubsa, pisliklərindən keç və onu cəzalandırma! Mərhəmətlilərin ən mərhəmətlisi olan Allahım, ona mərhəmətinlə davran və onu əmin-amanlıq, yaxşılıq və yaxınlıq şəraitinə çatdır".

Allah Rəsulunun həmişə qəbirstanlığı ziyarət edəndə bu duanı oxuduğu rəvayət edilib: "Ey möminlər yurdu, sizə salam olsun. Sizə təyin edilən əcəl gəlib. Allahın istədiyi vaxt yetişəndə biz də sizə qovuşacağıq. Allahım, burda yatan möminlərin gunahını bağışla!".

Bundan başqa, Həzrəti Muhəmmədə gəlib, "Ey Allahın Rəsulu, anam öldü və ya atam öldü, onun üçün nə etməliyəm?", - soruşan səhabələrə sədəqə verilməsini, dua edilməsini, imkan daxilində Həccə gedilməsini, qurban kəsilməsini, dost və sevdiklərinin ziyarət edilməsini, hallarından xəbərdar olunmasını tövsiyə etdiyi halda ((Muslim, 1004, 1630; Buxari, Cənaiz, 95, Vəsayə 19; İbn Macə, 2719; Əbu Davud, 2881, 2882.)) , heç bir səhih hədisdə "ölənlərin üçün Quran oxu, "Yasin", "Fatihə" oxu, xətm et" kimi Həzrəti Peyğəmbərin nə əmrinə, nə tövsiyəsinə, nə də buyruğuna rast gəlmək mümkün deyil. Bəzi doğru olmayan hədislərdə olduğu kimi, əgər ölünün arxasıyla ediləcək işlər arasında Quran oxumaq və ya Qurandan hər hansı bir surəni oxutmaq da olsaydı, Həzrəti Peyğəmbər bunları da bildirməzdimi? Bildirdiyi həmin bu əmrlərə səhabələri də tabe olaraq pulla da olmasa, heç olmasa öz ölülərinə Quran oxumazdılarmı? Məşhur İslam alimlərindən olan Aliyyul-Qari "Fıqhul-Əkbər"in şərhində bunları qeyd edib: "Ölülərə Quran oxumaq Əbu Hənifə, İmam Malik və Əhməd bin Hanbələ görə, məkruhdur, yəni çirkin haldır. Çünki ölülərə Quran oxumaq sonralar ortaya çıxıb. Bununla bağlı heç bir hədis də yoxdur" ((Bax.: Muhəmməd Əhməd Abdussəlam, "Quran nəyə görə göndərildi?", Fəcr nəşriyyatı, səh. 110.))

"Səhihi-Buxari"ni şərh edən Ayni: "Dünya malı üçün Quran oxuyanın Quran oxuması qadağan edilir. Bu məsələdə pul və ya başqa bir şey verən də, alan da günahkardır", - deyib.

Həzrəti Peyğəmbərin ölülər üçün məzarlıqda və ya başqa bir yerdə Quran oxuduğuna dair heç bir hədisi mövcud deyil. Sizə də məlum olduğu kimi, Həzrəti Peyğəmbərin sağlığında üç qızı, üç oğlu, üç xanımı və bir neçə əmisi vəfat edib. Həzrəti Peyğəmbər onlar üçün Quran oxuyubmu? Kim bircə dənə səhih hədis gətirə bilər, buyursun. Həzrəti Peyğəmbərin anasının qəbrini ziyarəti əsnasında da belə hadisə baş verməyib. Həzrəti Peyğəmbərin səhabələrindən heç biri nə Həzrəti Peyğəmbərin vəfatı əsnasında, nə onun qəbri üstündə Quran oxumayıb. Ölülər üçün Quran oxumaq olsaydı və bunun da savabının ölüyə getməsi bildirilsəydi, səhabələr canlarından daha çox sevdikləri Həzrəti Peyğəmbərin vəfatından sonra onun üçün bol-bol Quran oxuyub, xətmlər etməzdilərmi?
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
loading...
Oxsar Xeberler:
© 2017. FIALKA.AZ
Profil Sekilleri, Sevgi Sekilleri, Yazili Sekiller, profil sekilleri, yazili sekiller, sevgi sekilleri 2019, sekiller yukle, profil sekilleri 2019, yazili sekiller 2019, yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil, super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle, darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle, Sekiller | yazili sekiller | profil sekiller | xanimlardan sekiller