[center]Adi aspirin tabletindən gündəlik həyatınızda istifadə edəcəyiniz vəziyyətlər çoxdur.
Bu tabletin bir neçə faydasını təqdim edir:
1.Üzdəki sızanaqları aparır
İltihab əleyhinə təsiri ilə aspirin səpkili, iltihablı dərini sakitləşdirir, sızanaqları sağaldır. 2-3 ədəd aspirini əzib limon suyunda həll edirsiz. Məhlulu sızanaqların üzərinə çəkib, 1 dəqiqə sonra yuyursuz. Gün altında bu vasitəni sınamaq olmaz.
2.Dəridəki məsamələri təmizləyib yığır
Aspirin piy vəzilərinin sekresiyasını normallaşdırıb, dəridəki məsamələri yığır, dəri təmiz, hamar görünür. Bunun üçün 7 tableti əzib, 3 xörək qaşığı xamada qarışdırıb, maska kimi üzə yayır, 5 dəqiqə sonra yuyursuz.
3. Başda kəpəyə qarşı
Baş dərisində qaşıntı, kəpək, yağlı sobereya zamanı 2 aspirini əzib, şampuna qataraq, çalxalayıb, bu şampunla yuyursuz.
4.Daban təmizləyici, döyənəyə qarşı
Bu tabletlər dabanlarda olan ölmüş hüceyrə qatını aparır, döyənəkləri sağaldır. Bunun üçün 5 ədəd tableti əzib azca limon suyunda qataraq pasta halına gətirib, dabanlara çəkir, 10 dəqiqə sonra yuyursuz.
5.Dırnaqları möhkəmlədir
Dırnaqların qırılmasının qarşısını almaq üçün 200 ml suda 3 tablet aspirin həll olunur, bura 1 xörək qaşığı dəniz duzu və 1 xörək qaşığı bitki yağı əlavə edib, əlləri vanna edirsiz. 10 dəqiqə sonra əlləri sadəcə salfetlə qurudursuz.
[/center]