Alma sirkəsi çox yaxşı, sınanmış təbii müalicəvi vasitədir.
Alma sirkəsi A, C, P, B qrupu vitaminlər, müxtəlif turşular (alma, limon, süd və s.), fermentlər, pektinlər, dəmir, ftor, fosfor, kalium, kalsium və s. kimi mikroelementlərlə zəngindir.
Alma sirkəsi orqanizmə iltihabəleyhinə təsir edir, müxtəlif ağrıları (miren ağrısı, artrit zamanı ağrı və s.) azaldır, damarları təmizləyir və onların elastikliyini artırır, orqanizmi artıq xolesterindən, şlaklar və toksinlərdən təmizləyir.
Miqren tutması və ya adi baş ağrısı zamanı alnınıza sirkədə isladılmış parça qoyun və uzanın. Bu sadə vasitə tez bir zamanda ağrıların azalmasına kömək edəcək.
Alma sirkəsi immun sisteminə də çox müsbət təsir edir. İlin soyuq fəsillərində bu xüsusilə vacibdir. Hər səhər 1 stəkan ilıq suda 2 xörək qaşığı alma sirkəsi və 1 xörək qaşığı bal həll edib qəbul edin.
Alma sirkəsi ürək-damar sistemi üçün də çox xeyirlidir.
Alma sirkəsi arıqlamağa kömək edir. Alma sirkəsi piylərin parçalanma proseslərini sürətləndirir, iştahanı azaldır. Arıqlamaq üçün hər gün 2 xörək qaşığı alma sirkəsi əlavə olunmuş 1 stəkan ilıq su için.
Nəzərinizə çatdıraq ki, alma sirkəsini mədə-bağırsaq sistemində pozulmalar olan insanlar (xoralar, eroziyalar və s.) qəbul etməməlidir.
Alma sirkəsinin varikoz xəstəliyinin müalicəsində effekti rəsmi tibb təfərindən də təsdiq olunmuşdur.
Alma sirkəsi varikoz xəstəliyi zamanı (təbii ki, xəstəliyin ilkin mərhələlərində) damarların vəziyyətinin yaxşılaşmasına, damarların möhkəmlənməsinə, ödemlərin aradan qaldırılmasına yaxşı kömək edir.
Varikozla mübarizə etmək üçün alma sirkəsi ilə olan kompreslərdən istifadə etmək olar. Bunun üçün qalın pambıq parça sirkədə isladılır və ayaqlar bu parça ilə bir neçə qat sarınır. Daha sonra ayaqların altına bir neçə yastıq qoyub uzanmaq lazımdır. Parça quruduqda kompres götürülür. Kompresdən sonra ayaqlarınızı yumayın, sirkənin müalicəvi təsiri davam edir.
Daha bir üsul yumşaq əskini alma sirkəsinə batırır və ayaqları aşağıdan yuxarı (venoz qan bu istiqamətdə axır) yüngül sürtün. Problemli hissələrə əsas diqqət yetirin. Daha sonra sirkə quruyur və dəridə qalır (ayaqları yumaq lazım deyil).
Alma sirkəsi üz dərisinə də çox müsbət təsir edir, dərini ağardır, təmizləyir, piqment ləkələri və çilləri yox edir.
Dərisi yağlı olan insanlar hər gün üz dərisini alma sirkəsində isladılmış pambıqla silə bilərlər. Bu artıq parıltını götürür, məsamələri yığır, sızanaqları müalicə edir.
Alma sirkəsi dərini qıcıqlandıra bilər. Bu səbəbdən əvvəl sirkəni üz dərisinin kiçik yerinə çəkin və gözləyin. Dəridə qızartı və s. olmazsa, sirkədən istifadə edə bilərsiniz.