[center]İnsan ağzından çıxan hər bir sözə görə məsuldur və axirətdə onun cəza və mükafatını alacaqdır. Ona görə də Allah bəndəsi dediklərinə diqqət etməli və dilini yersiz sözlərdən saxlamalıdır.
İnsanın gün ərzində istifadə etdiyi sözlər arasında mübah sözlər (yəni, fayda verməyən) çoxluq təşkil edir ki, onun təsirləri ilə tanış olaq.
1. İnsan mübah sözlər deyən zaman əməllərini qeyd edən mələklərin yersiz və faydası olmayan şeyləri yazmaqla məşğul olmasına səbəb olar. Aqil insan bu cür sözlərdən çəkinər və onları incitməz.
2. Allaha yersiz və faydasız olan sözlər göndərmək. Bir nəfər başqasına boş sözlər deyir və o, da qayıdıb deyir ki, ey kişi! Əməl dəftərini Allah yanına göndərirsən, ona görə də bax görə nə yazırsan.
3. Qiyamət günü bu əməl dəftəri Allahın, insanların, mələklərin yanında oxunacaqdır və sən əziyyət çəkəcək, qorxacaq, behişt nemətlərindən məhrum olacaqsan.
4. Haqqı deyən zaman, əlavə və yersiz sözlərdən çəkinmək lazımdır ki, onun hesabı uzun olar.
Dini kitablarda dilin 20 bəlasından söz açılmışdır ki, onlarla tanış olaq:
1. O şey haqqında danışmaq ki, qulaq asan üçün mənfəəti olmaz.
2. Başqalarına əziyyət verəcək qədər çox danışmaq.
3. Batil danışmaq.
4. Münaqişə etmək.
5. O həddə qarışıq danışmaq ki, qarşı tərəf ondan istifadə edə bilməz.
6. Pis sözlər demək və söyüş söymək.
7. İnsanları yersiz yerə lənətləmək.
8. Ğina.
9. Şit və yersiz, eləcə də ifrat zarafat.
10. İnsanları məsxərə etmək.
11. Elə danışmaq ki, insanlarda düşmənçilik yaradar.
12. İnsanların sirrini aşkar etmək.
13. Yalan vədə.
14. Yalan söz.
15. Qeybət.
16. Söz gəzdirmək.
17. İkidilli olmaq (riyakarlıq).
18. Yersiz tərif və yaltaqlanmaq.
19. Yersiz sual vermək.
20. Töhmət vurmaq.
[/center]