Həzrət Peyğəmbər (s) buyurur: "Pak mal, saleh və müdrik insanın əlində çox yaxşıdır".
Allah Təala bu sərvəti bizə yersiz yerə verməmişdir. Ona görə də onu xərlcəyən zaman diqqət etmək lazımdır.
1. Sərvətinin olmağına görə bir düşün ki, Allah səni zəngin etmişdir, bəs səndən nə istəmişdir. İnsanların düyünlərini açmağı, yoxsa sərvəti toplamağı?
2. Gəliri necə əldə etdiyinə diqqət göstər və bax gör, əgər şübhəli yoldandırsa - yolunu dəyişdir.
3. Xərcləyən zaman təmkinli ol və hər nə istəyirsənsə, onun hamısını alma.
4. Sərvətini insanlara fayda verəcək yollarda xərclə.
5. Ürəyində davamlı olaraq Allaha de: "Özünün mənə əta etdiyin bu sərvəti Sənin yolunda xərcləməyə izn ver".
İnsanlar dünya ilə rabitədə üç dəstəyə bölünür:
1. Zahidlər. Dünyada onlara çatan paydan sevinməzlər və əgər malik olduqlarını əldən versələr, pis olmaz və fikir çəkməzlər. Onların əbədi rahatlığı vardır.
2. Səbir edənlər. Ürəkləri dünyanı istəyir və əgər batinlərini oxuya bilsən, görərsən ki, başqa insanlar kimi dünya malını istəyirlər. Ancaq yaxşı bilirlər ki, dünyada çoxlu sərvətə malik olmaq axirətləri üçün ziyanlıdır, nəfslərini cilovlayar və səbir edərlər.
3. İstəklilər. Onlar sərvətin gəlməyini gözləməzlər və o zaman ki, gəlib çatar, onun hesabını çəkməzlər.
İmam Sadiq (ə) buyurur: "Zahidlik budur ki, o şey ki, sənin diqqətini Allahdan yayındırır - buraxasan. Əgər buraxsan və faydası başqasına dəysə, peşman olmayasan".
Zahidliyin dərəcələri.
Zahidliyin üç dərəcəsi vardır:
1. Ürək dünya sakitliyini və onun nemətlərini sevər, ancaq dünyanın sorağına getməz. Malik olduğu aza qane olar. Bu, zahidliyin ən az dərəcəsidir.
2. Dünyadan çox axirəti düşünər, daha çox axirətə görə nigarandır. Hər nəyi varsa axirətini yaxşılaşdırmaq üçün istifadə edər. Bu, orta dərəcədir.
3. Dünyaya heç bir bağlılığı yoxdur. Hər an əlində olanları buraxmağa hazırdır. Bu, zahidliyin ən üstün dərəcəsidir.
İmam Sadiq (ə) buyurur: "Nə zaman Allah Öz bəndəsi üçün yaxşılığını istəyər, onu dünyaya qarşı rəğbətsiz edər. Din mövzularında müdrik edər. Dünyanın eyblərini ona göstərər. Hər kimə bu sifətlər verilərsə, dünya və axirət xeyirinə malik olar".
Allah-taala cəmimizə bu sifətləri nəsib etsin.