Hədislərdə buyurulur ki ibadət 70 hissəyə bölünür ki, onun 69-u halal ruzi qazanmaqdır.
Uşaqların atanın öhdəsində olan haqlarından biri budur ki onları halal ruzi ilə yedizdirsin.
İmam Sadiq (ə) buyurur: "Hər kim duasının yerinə yetməsini istəyirsə, gərək qazancını halal etsin".
"Mədəsində haram tikə olan bəndənin duası Allah dərgahına yuxarı qalxmır" kimi onlarla hədis halal ruzinin əhəmiyyətindən danışır.
Qazanc əldə etmək haqda olan hədisləri araşdırdıqda halal ruzinin əldə edilməsi üçün bu yolların tövsiyə edildiyini görərik:
1. Allahın Rəzzaq (ruzi verən) olduğunu qəbul et və ona inan
2. Halal ruzi qazanmaq üçün səy et!
3. Qənaətcil ol və ailəni də buna adət etdir!
4. Hər bir haramdan çəkin!
5. Əmlakının və qazancının xums və zəkatını ver!
6. Səhər tezdən dur və iş başına get!
7. Sileyi-rəhm et və qohum əqrabaya baş çək!
8. Xoş əxlaqlı və xoş rəftarlı ol!