Aparıcı Vüsalə Kərimova çalışdığı ARB və Azad Azərbaycan televiziyasından ayrılıb.
Sənətçi bu barədə özü məlumat verib. Bir neçə gün öncə ARB-dəki kollektivlə fotosunu paylaşan Kərimova "yenidən salamlaşmaq üçün vidalaşırıq" sözlərini yazıb.
Bu gün isə "Xoş beş" verilişində efirə çıxmayıb. Onun əvəzinə aparıcı İlhamə Bədəlova və aktyor Məcid Hüseynov gətirilib.
Vüsalə bununla bağlı sosial media hesabında paylaşım edib:
"Sizə uğurlar olsun, həyatım! Sən yaxşı dost və peşəkar insansan. Ümid edirəm mənə qoyulan qadağalar sənə qoyulmaz", - deyə, Kərimova yazıb.
Qeyd edək ki, İ.Bədəlova eyni zamanda "Həkimsən" proqramında da aparıcılıq edir.