Dünyada İLK - Həbsxananı xatırladan KAFE
Türkiyənin Yalova bölgəsində qəribə konseptli bir kafe istifadəyə verilib.
"Haft Coffee" adı daşıyan kafenin dekorasiyası və dizaynı həbsxana binasına bənzər şəkildə hazırlanıb. Kafenin işçi heyəti isə gözətçi və məhkumların geyimi ilə xidmət göstərir.
Kafeni ziyarət edən müştərilər həbsxanasına hücrəsinə bənzər otaqlarda məhkum geyimləri ilə fotolar çəkdirə bilirlər. Onların çəkdiyi fotolar sosial mediada paylaşılır. Kafenin sahibi Canhür Aktuğlu konseptin niyə bu şəkildə qurulması haqqında məlumat verib: "Haft sözü almanca "məhkum" anlamındadır. Kafedə qəhvə satılır, ancaq qəhvədən çox bir hekayə, duyğu satmaq niyyətindəyik. Müştərilərimiz qəhvə içməklə yanaşı, həm də fotolar çəkdirir və həyatlarına bir xatirə bəxş etmiş olurlar. Gün keçdikcə azadlığımız, sərbəstəliyimiz məhdudlarşır. Burada sosial şəbəkənin çox böyük rolu var. Məqsədimiz cinsi ayrı-seçkilik olmadan azadlıq axtaran hər kəsin toplaşa biləcəyi bir yer düzəltməkdir. Kafemizin konsepti dünyada bir ilkdir".