Kahı birillik göyərti olub yaz aylarında yetişir və yayın sonun kimi toxumlaya bilir. Kahıdan bütün il boyu mətbəxlərdə istifadə edildiyinə görə soyuq hava tempraturunda kahını istixanalarda da yetişdirirlər. Kahının təzə, yağa və ya sirkəyə qoyulmuş halından istifadə edilir. Ondan tərəvəz, ət salatlarının, balıq yeməklərinin bəzədilməsi və dadlandırılması məqsədilə istifadə olunur. Kahının tərkibi müxtəlif vitamin və minerallarla zəngindir. O ən çox yaz, yay və payız aylarının sevimli göyərtilərindən sayılır. Belə ki, kahıda insanın susuzluğunu azaltmaq qabiliyyəti var. Onun əsasən 4 növündən(yarpaqlı, zoğlu, romen və quşqonmaz) istifadə edildiyinə görə bostançılar ən çox bu növlərin yetişdirlməsi ilə məşğul olurlar. Kahıdan qədim zamanlarda da istifadə edilib. Ondan qədimdə yunanlar, misirlilər istifadə etmişlər. Avropa ölkələrinə kahı XVI əsrin ortalarında gətirilib və sürətlə yetişdirilməsinə başlanılıb.
Kahının vətəninin hara olduğu elmə məlum deyil. Onun müxtəlif ölkələrdə, müxtəlif növləri becərilir və geniş istifadə edilir.
Kahının faydalı xüsusiyyətləri
Kahının tərkibi fol turşusu ilə zəngindir. O maddələr mübadiləsini yaxşılaşdırır, sinir sisteminin və qan dövranının normallaşmasına səbəb olur. Kahının tərkibindəki mineral duzların miqdarı ispanağın tərkibində olan duzların miqdarına çox yaxındır. Kahıda sink, kolbat, marqanes, molibden, titan, bor, yod var. Kahı yarpaqlarının 38%-ni kalium, 15%-ni kalsium, 5%-ni dəmir və maqnium, 9%-ni fosfor və kükürd təşkil edir ki, bunlar qanın miqdarının artmasına səbəb olur. Onun tərkibində olan sükürd və fosfor qarışımı dəridə və saçlarda olan quruluğun aradan qalxmasına səbəb olur.
Kahı yarpaqlarının tərkibi alkoloid, acı maddələr və qətranla zəngindir. Bu maddələr orqanizmə bəlğəmgətirici, sakitləşdirici, sidikqovucu və öskürək əleyhinə təsir göstərir. Kahı zoğlarının tərkibi A və C vitaminləri ilə zəngindir. Kahı lifli qida hesab edilir və onun liflərinin tərkibində azot, kükürd və müxtəlif duz turşuları var. Bunlar da ürək-damar, böyrək və qara ciyərin fəaliffəyinə birbaşa müsbət təsir edir.
Kahı yarpaqlarında olan dəmir, orqanizm üçün ən çox lazım olunan maddələr siyahısındadır. Davamlı olaraq kahı yemək qanitirmə zamanı meydana çıxan qanaxma əlamətlərinin aradan qalxmasına və qanın bərpasına səbəb olur. Mütəmadi olaraq qida rasionuna kahı əlavə eləmək qanın bir çox funksiyalarının normallaşmasına təsir edir.
Onun tərkibindəki maqnium əzələ toxumasının, beyinin və sinirlərin möhkəmlənməsinə səbəb olur. Tərkibindəki təbii duzlar sinir hüceyrələrini möhkəmləndirir.
Kahı uşaqlar, dieta saxlayanlar və diabet xəstələri üçün əla qida vasitəsidir. Mütəxəssislər şəkərli diabet xəstələrinə onun zoğlarından daha çox istifadə eləməyi məsləhət bilir.
Uşaq əmizdirən analar kahı dəmləməsini içmək məsləhət bilinir. Bunun üçün xırdalanmış kahı yarpaqlarının üzərinə qaynar su töküb saxlamaq və ilıq olduqda qəbul etmək lazımdır.
Hər gün kahı yemək yağ mübadiləsini sürətləndirir, qanda xolesterinin miqdarını aşağıl salır, atereskleroz əlamətlərini azaldır, piylənmənin qarşısını alır, təzyiqin normallaşmasına səbəb olur.
Kahının tərkibində 15 cür vitamin və minerallar, çoxlu miqdarda dəmir, kalsium, fol turşusu var. O təbii tərkibli antioksidantdır. Soyuqdəymə, bronxial xəstəliklər, stress, bel ağrıları, artrit,anemiya, qəbizlik və emfizema xəstəliklərindən əziyyət çəkənlərə hər gün kahı yemək məsləhət görülür.
Hər gün kahı yemək DNT- də triqliseridlərin miqdarını azaldır, orqanizmi xərçəng hüceyrələrinə qarşı qoruyur. Hər gün kahı yemək qanda lüteinin və beta-karotinin miqdarının artmasına səbəb olur ki, bu da onların antioksidant təsirinin yüksəlməsinə səbəb olur. Hər gün qida rasionuna kahı daxil eləmək bir çox göz xəstəliklərinin sağalmasına səbəb olur.
Kahının zərərli xüsusiyyətləri
Podaqradan və böyrək daşı xəstəliyindən əziyyət çəkənlərə həddindən çox kahı yemək məsləhət görülmür.
Kəskin və xroniki kolit və enterekolit xəstələrinə də kahı yemək tövsiyə edilmir. İshaldan əziyyət çəkənlərə kahı yemək olmaz.
Böyrəklərində və sidik kisəsində fosfat duzları yığılan adamlara kahı yemək olmaz. Həddindən çox kahı yemək bağırsaqlarda qazın əmələ gəlməsinə səbəb olur. Çoxlu miqdarda kahı qəbul etmək vərəm və astma xəstələrinə də pis təsir edir.