Maskdan ulduz aktyora 80 milyonluq zərbə
Hollivud ulduzu Nikolas Keyc bir zamanlar "Tesla" və "SpaceX"in yaradıcısı İlon Maska görə planlarının suya batdığını açıqlayıb.
Aktyor bu barədə "Jimmy Kimmel Live!" proqramında qonaq olarkən danışıb. Nikolas bildirib ki, Las-Veqasda 80 milyon dollara kinostudiya tikmək istəyib. Lakin Maskın buraya gəlişi onun planlarını pozub.
Studiyaya sərmayə yatırmaq istəyən investorlar pulu "Tesla" korporasiyasına qoymaq qərarı alıb.
Qeyd edək ki, aktyorun yaxın aylarda beşinci həyat yoldaşı Riko Şibatadan üçüncü qız övladı olacaq.