Boşandığı xanımından 50 milyon istəyir
Conni Depp keçmiş həyat yoldaşı Amber Hörddən bir köşə yazısında onu ailədaxili şiddətdə günahlandırdığı üçün 50 milyon dollar tələb edir.
Amber isə Depp əleyhinə 100 milyon dollarlıq məhkəmə prosesi başladıb.
2017-ci ildə boşanan cütlüyün məhkəməsinin ilk iclası ötən gün baş tutub. Hördün vəkili bildirib ki, Conni Amberə 2015-ci ildə 3 gün əsir alıb və təcavüz edib.
İddiadan sonra aktyorun ilk həyat yoldaşı Vanessa Paradis "Conni iki övladımın atasıdır. Sonuncu iddialar çox çirkindir. 14 il mükəmməl münasibətimiz olub. Mənə əsla fiziki şiddət göstərməyib", - deyə, bir yazı yayımlayaraq ona dəstək olub.