Bəzi insanlar münaqişələri sülh yolu ilə həll etmək bacarığını inkişaf etdirməyi lazım bilmirlər. Uşaq və ailə psixoloqu Marina Zajiginanın sözlərinə görə, onlar uşaqlar böyüdükcə və yetkinləşdikcə bu qabiliyyətin avtomatik olaraq öz-özünə yarandığını düşünürlər.
Halbuki, bu, belə deyil və uşağın münaqişədən sülh yolu ilə çıxmaq bacarığını öyrənməsi üçün ona nümunə göstərilməlidir.
Mütəxəssis vurğulayır ki, vacib olan başqa bir məqam özünü münaqişənin digər iştirakçısının yerinə qoymaq bacarığıdır.
"Elə olur ki, uşaq erkən yaşlarından aqressiya göstərməyə başlayır: anası və yaxınlarından inciyir, qardaş-bacı ilə, uşaq meydançasındakı yaşıdları ilə mübahisə edir və s. Ona görə də azyaşlılara başqaları ilə ünsiyyət qurmaq və özünü onların yerinə qoymaq bacarığını öyrətmək lazımdır", - deyə Zajigina qeyd edib.