Qezel - Olaram
Mənə bir can deyənə , məndə ki canan olaram
Qəlbi atəşə salan, hüsnünə heyran olaram
Demə ki, dur aralı, isdəmirəm səni ey Yar
Uğrunda bil ki sənin, ey pəri qurban olaram
Qədəmin basdığı yerlərdə çiçək, güllər açar
Nə badə getmə uzaq, yoxsa nigaran olaram
Edirəm fìkri-xəyal, gecə-gündüz de, nə edim
Ya açan nur günəşin, ya boran-tufan olaram
Dedilər qəlbin ağlar, bir de görüm ki nə olub
Yetər ki "Hə" de mənə, dərdinə dərman olaram
Yazdığım hər sətirdə seni tapdım, Yar bunu bil
Mənə gəl naz eyləmə, qəlbinə fərman olaram
Sevgimiz olsa əgər, dilə əzbər qəmli əsər
Sən əsərin qəzəli, mən də tar-kaman olaram
Orxan Xanlaroğlu