Çinin Xenan əyalətində aparılan qazıntılar zamanı eramızdan əvvəl 202-ci ilə aid bürünc kuzə tapılıb.
Arxeoloqlar kuzənin içərisindəki mayenin o zamanlar istifadə olunan ölümsüzlük iksiri olduğunu bildiriblər.
3,5 litlik qabın içərisindəki mayenin tərkibi kalium nitrat və alunitdən ibarətdir. Məzarın o dövrdə yaşamış bir zadəgana aid olduğu güman edilir.
Məzardan mis və nefritdən olan bəzək əşyaları da tapılıb.