Müasir insanın ən çox içdiyi qəhvənin sağlamlığa zərərləri və faydaları barədə yüzlərlə elmi araşdırma aparılıb. Çox tədqiqatlatda qəhvənin ürək-damar, beyinə və diabetə faydalı olduğu sübut olunsa da, onun bir çox orqanlara zərəri barədə də məlumatlar az deyil. Daha bir yeni elmi araşdırmanın nəticəsi isə səhərlər 1-2 qəhvə fincan içən şəxslərdə ağciyər xərçənginə tutulma riski 18 artır.
Bunu ABŞ Ağciyər tədqiqatları Assosiasiyasının alimləri yeni tədqiqatlarının nəticəsi olaraq bildirib.
Tennesi ştatı tibb universitetindən olan müəllif Ju Çinçzin bildirib ki, 1 milyon insanı əhatə edən 17 elmi işin nəticəsində məlum olub ki, 20,5 min nəfər insanda hansı ki, gündə 2-3 fincan içirdilər, ağciyər xərçəngi aşkarlanıb.
Xüsusən siqaret çəkənlərin əlavə olaraq qəhvəyə meyilliyi bu riski artırır.
Statistika göstərib ki, siqaret çəkənlər arasında gündə 2-3 fincan qəhvə içənlərin ağciyər xərçəngi riski 41% artıb.
Eyni zamanda kofeinsiz qəhvə ənənəvi qəhvədən 15% daha təhlükəli hesab olunub.