İnsanlar zərurət yarandıqda yalana əl atırlar.Xüsusilə kişi-qadın münasibətlərində söylənilən yalanlar daha inandırıcı olur. Düzdür qarşılıqlı münasibətdə hər iki tərəf yalan danışa bilir.
Kişilərin qadınlara söylədiyi ən məşhur yalanları bir araya toplayıb:
1. Mən başqa kişilər kimi deyiləm,başqa kişilərdən fərqliyəm.
2. Heç kökəlməmisən, əzizim, çox arıq və gözəl görünürsən!
3. Mən heç vaxt belə hiss etməmişdim.
4. Bu gün gedək, filim filan izləyək.(Burada məqsədin film izləmək olmadığını hər bir qadın bilsə də, kişilər bu yalandan əl çəkmirlər)
5. Sən mənim gördüyüm və tanıdığım ən gözəl qadınsan!
6. Çox vacib bir işim var, getməliyəm. Mən sənə zəng edəcəm!
7. Telefonumu səssizə qoymuşdum, amma indi gördüm zəng etdiyini.
8. Ciddi münasibət istəmirəm,evlənmək mənə görə deyil.
9. Mən yanımda səndən başqa qadın təsəvvür edə bilmirəm.
10. Həqiqətən vaxt tapa bilmədim! Yoxsa belə mühüm günə hədiyyəsiz gələrdim?(Bu özəl günləri unudan və ya əhəmiyyət verməyən kişilərin istifadə etdiyi bəhanədir)
11. Qısqanmağa ehtiyac yoxdur.
12. Mən heç vaxt xəyanət etməmişəm!(İstisnalar hər zaman var)
13. Bu günə kimi sənə bir kəlmə də yalan danışmamışam.(Kiçik də olsa hər kəs yalan danışar)
14. Nəhayət, daha çox filmlər və seriallarda rast gəldiyimiz yalan: "Sabah ezamiyyətə getməliyəm!".