Dünyada aparılan müxtəlif araşdırmaların ortaq nəticəsi kişilərin 60 və qadınların 30 faizinin xəyanət etdiyini göstərir.
Hər münasibət zaman-zaman sarsıla bilər. Adətən, həyat yoldaşları bir-birlərinə daimi sadiq qala bilmir. Halbuki kişilərin aldatma dərəcəsi qadınlardan iki dəfə çoxdur. Qədim dövrlərdən bəri həyatımızın içində olan olan aldatma bu günə qədər psixologiya, sənət, ədəbiyyat və elm əhəmiyyətli mövzular kimi əhəmiyyət kəsb edərək, çox diqqət cəlb edir.
Psixoterapevt Cem Keçe həqiqi aldatma hadisələri əsasında aparılan araşdırmaların nəticələri haqqında faktları müəyyən edib:
-Cəmiyyət tək şəxslə münasibətin tərəfdarıdır. Kişilərin 80 faizi aldatmağı düşünüb istəsələr də aldatmırlar.
-Xəyanət edən kişilərin ilk cavabı bunu rədd etməkdir.
-Xəyanətdən sonra cütlüklərin əksəriyyəti münasibətlərinə daha bərk bağlanır.
-Cəmiyyət tək şəxlə münasibətin tərəfdarı olsa da, televiziya, media, ədəbiyyat və ya filmlərdə rollar cəmiyyəti xəyanətə həvəsləndirilir.
-Depressiya və bipolyar şəxsiyyət pozğunluğu kimi psixoloji səbəblər aldatmaya səbəb ola bilər.
-35 yaşdan yuxarı qadınlarda aldatma meyli artır.
-Kişilər münasibətlərində xoşbəxt olduqları zaman da xəyanət edə bilirlər, amma xoşbəxt qadınlar heç vaxt sevdiklərini aldatmırlar.
-Boşanmış kişilər sonrakı münasibətlərində daha çox aldatmağa meyillidirlər.
-İnternet və sosial media aldatmanın artmasına öz töhfəsini verir.
-Həyat yoldaşları əsasən həmkarları ilə bir-birlərini aldadır.
-Aldatma boşanmanın ilk səbəbləri arasında deyil.
-Nikahdakı aldatmağın böyük əksəriyyəti boşanma ilə yox, barışıqla nəticələnir.
-Aldatma səbəbiylə ayrılmış və ya boşanan cütlüklərin 70 faizi sonradan bu qərarlarına görə peşman olurlar.
-Həyat yoldaşından ayrıldıqdan sonra xəyanətkarların 80 faizi kənardakı şəxslə münasibətləri davam etdirmir.
-Xəyanət edən kişilərin əksəriyyəti həyat yoldaşları tərəfindən hiss edilmir.