Həzrət Musa (ə) peyğəmbər ulul-əzm, yəni şəriət sahibi olan peyğəmbərlərdəndir. Həzrət Musaya (ə) Allah tərəfindən "Tövrat" nazil olmuşdur.
Hədis və tarixi mənbələrə əsasən Allah Təala tətəfindən 124min peyğəmbər seçilmiş və insanlara doğru yolu göstərmək üçün məbus edilmişdir. Hər bir peyğəmbərin özünə məxsus möcüzə və kəramətləri olmuşdur. Bizə məlum olan budur ki, Həzrət Musa (ə) Allah Təala ilə danışan yeganə peyğəmbərdir. Quran bu barədə belə buyurur:
"Allah bəşər övladı ilə ancaq vəhylə, yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir! (Şura-51)
Ayədən də göründüyü kimi Allah Təala Musa (ə) peyğəmbərlə danışmışdır. Lakin bu danışıq bizim müşahidə etidyimiz danışıq kimi deyil, tam fərqli bir danışıqdır. Pərdə arxası bir danışıq!
Həzrət Əli (ə) öz hədislərinin birində belə buyurur:
"Allah Təbarəkə və Təala Musaya (ə) belə buyurdu:
Ya Musa!
Mənim sənə olan bu 4 vəsiyyətimi heç vaxt unutma!
1-Yaşadığın müddətcə öz günahlarını (pis işlərini) heç vaxt unutma! Bu sənin başqalarının eyibləri ilə məşğul olmağına maneə olar.
2-Ömrün boyu, heç vaxt Mənim xəzinələrimi tükənmiş hesab etmə (umidsiz olma)! Ruzin barədə qəmgin olma!
3-Heç vaxt Mənim mülkümdən üz döndərib, Məndən qeyrisinə ümidli olma!
4-Yaşadığın müddətcə heç vaxt Şeytanı ölü bilmə (yox bilmə)! Onun hiyləsindən amanda olduğuna arxayın olma!"(Xisal - 1/217)