"Əl-Əmrə bil-Məruf və ən-Nəhya ənil-Munkər" yəni Yaxşı işlərə sövq etmək və Pis işlərdən çəkindirmək missiyası islamı digər dinlərdən ayıran əsas qaydalardan biridir.
Allahın insanların öhdəsinə qoyduğu bu missiya islamı diri saxlayır. Bu əməl namaz oruc və həcc kimi vacibdir. Onu yerinə yetirməyən vacibatını yerinə yetirməmiş kimidir.
Yaxşı işlərə sövq etmək və Pis işlərdən çəkindirmək missiyası Quranda və hədislərdə və eləcə də məsumların həyat tərzində o qədər intensiv buyurulub ki islamın təməl qaydalarından birini təşkil edir.
Onu yerinə yetirməyənin islamı ölü və səmərəsiz islam olar. "əl-Əmrə bil-Məruf və ən-Nəhya ənil-Munkər" olmayan cəmiyyətdə süstlük və günahlar hökm sürdüyü kimi orada bərəkət də olmaz.
Nəhcul-Bəlağədə İmam Əlidən (ə) nəql edilən hədisə əsasən digər əməllər bu əməlin qarşısında heçdir.
Hədis belədir:
"Bütün xeyir işlər hətta Allah yolunda cihad etmək belə Yaxşı işlərə sövq etmək və Pis işlərdən çəkindirmək vacibinin yanında dəniz qarşısında olan ağız suyuna bənzər".