Qeydiyyat

Sekiller, Sevgi, Maraqli, Menali, Yukle, Profil,

Yazili Sekiller, Sekiller Yukle, Profil Sekilleri, Sevgi Sekilleri, Sekil Yukle, Maraqli Sekiller, Menali Sekiller, Profil Ucun, Status Sekilleri,

Gizlədilmiş xəzinə Fatimə

1 461
Gizlədilmiş xəzinə Fatimə



Qələm əlimdə, ağ vərəq önümdə. Gözlərimi vərəqə zilləmişəm. Vərəqdə fəqət yazmaq istədiyim məqalənin adı var. Gizlədilmiş Xəzinə (s.ə). Bu iki kəlimədə o qədər sözlər, sirlər gizlənib ki...

Bir ananın fəryadı var burda. Dünyaya gəlməmiş şəhid olan bir körpənəin hıçqırıqları var burda. Məzlum bir atanın göz yaşları var burda. Ata-anasına yardım edə bilməyən məsum körpələrin, məzlum baxışları var burda...

Gözlərimi bu iki kəliməyə zilləmişəm...

Baxıram, baxışlarım az qala dələcək bu vərəqi.

Gözlərimi zillədiyim bu vərəq, yaşarmış gözlərimin hərarəti ilə sanki, od tutub alovlancaq. Amma yanaqlarıma süzülən göz yaşlarım bu hərarəti söndürür.

Gözlərimi bu iki kəliməyə zilləmişəm. Baxıram. Amma baxmaqdan doymuram bu gizli Xəzinəyə. Təkrar yenə baxıram...

Gözlərim önündə bir səhnə canlanır və "gizlədilmiş Xəzinə"nin (s.ə) məzlumiyyətini görürəm...

Divarı özünə pənahgah seçən, qapı ilə mismar arasında əsir qalmış bir xanım görürəm. Haqqı əlindən alınan, gözlərini qapıya zilləmiş Allahın aslanını görürəm. Zülm əlindən kiçilmiş vəhy evində o tərəf bu tərəfə qaçışan kiçik körpələri görürəm. Mübarək qəbrində göz yaşına boğulan bir peyğəmbər (s) görürəm.

Çölə tərəf boylanıram. Bir ümmətin vəfasızlığını görürəm. Vicdanını itirmiş bir toplumu görürəm. Adını kişi qoyub, xanım evinə hücum çəkən nakişiləri görürəm. Biri görürəm, İkini görürəm, Üçü görürəm. Əllərində atəş görürəm.

Üzümü bir anlıq çevirirəm. Bir istilik hiss edirəm. Baxdıqda gözlərimə inana bilmirəm. Od tutub alışan bir qapı görürəm.Üzlərinə baxıram bu zalımların. Kin görürəm, nifrət görürəm, qəzəb, həsəd görürəm.

Məzlumcasına əllərdə dolaşan imzalı bir sənəd görürəm. Məzlum-məzlum yanan qapıya baxan bir xurmalıq görürəm.

Mədinə küçələrində əlləri bağlanmış bir cəngavər görürəm. Şahidliyi qəbul olunmayan bir əhli-beyt görürəm. Sinələrdə məhkum olub ağlayan, Quran görürəm.

Gördüyüm bu acı mənzərələr qarşısında ürəyim dözmür, gözlərimi qapayıram.

Amma nə fayda. Bir səs eşidirəm...

Vəhyin qapısında ədəbsizcəsinə hay-küy salanların səsini eşidirəm. Qapıya çırpılan yumruq və təpiklərin səsini eşidirəm. Üzə vurulan sillənin səsini eşidirəm. İçəridə ağlayan körpə uşaqların ah-naləsini eşidirəm. "Xəzinə içəridədir, qapıya od vurma" deyə bir səs eşidirəm. Və birdən, və birdən qapının xırçıltısını eşidirəm... Və sükut çökür aləmə...

Səssizlik hakim olur Mədinəyə... Nə oldu?! Nə baş verdi?! Qapının arxasında birimi vardı?! Cavab yoxdur... Hamı susur.

Bu sükutu ana bətnindəki, bir şəhidin hıçqırıqı pozur. Qulaqları dələn bir hıçqırıq. 1400 ildir qulaqlarda çalxalanan bir hıçqırıq. Və hər şey sona yetir bu hıçqırıq ilə. Ümmət ona əmanət verilən bu xəzinəni qoruya bilmədi. Ümmət bu xəzinəyə xəyanət etdi...

Qulaqlarımı dələn bu hıçqırıqdan yaxa qurtarmaq üçün, qulaqlarımı bağlayıram.

Gözlərimi açıram.

Biri görürəm, İkini görürəm. Üçü görürəm...

Gecədir. Mədinədə qəm-qüssə görürəm. Cənazə ilə məşğul olan bir ata və iki oğul görürəm. Bəqiyə tərəf yollanan bir Xəzinə (s.ə) görürəm. Xəzinəni (s.ə) hara aparırlar? Kiçik addımlarla Xəzinəni (s.ə) təqib etməyə başlayıram. Və sanki kimsə mənə mane olur getməyə... Dayanıram. Gözlərimlə təqib edirəm Xəzinəni (s.ə). Gecənin qaranlığı və Xəzinənin (s.ə) qədəm- bə-qədəm məndən uzaqlaşması, gözlərimi xəzinəni təqib etməkdə aciz buraxır. Və Xəzinə (s.ə) gözlərimdən itərək gecənin qaranlığına qarışır. Və artıq nə görürəm, nə də eşidirəm.

Qələm əlimdə, ağ vərəq önümdə. Gözlərimi vərəqə zilləmişəm.

Vərəqdə fəqət yazmaq istədiyim məqalənin adı var.

Gizlədilmiş xəzinə...

Tez qələmi əlimə götürüb bunları yazmaq istəyirəm. Qəlbim qan ağlayır. Əllərim əsir. Çünki, gördüklərimi və bildiklərimi ağ vərəqə köçürə bilməyəcək qədər məzlumam. Kaş bildiyim həqiqətləri bura yaza biləydim. Kaş qəlbimin dərinliklərində qopan tufandan sizi də xəbərdar edə biləydim. Kaş o Xəzinəni (s.ə) sizə haqqıyla tanıtdıra biləydim. Kaş sinəmdə məhbus olan bu həqiqətləri azad edə biləydim.

Amma ümidimi üzməmişəm. O Məzlumu (ə.f) gözləyirəm. Bütün məzlumalar kimi mənə də məzlumiyyətdən nicat verəcəyi günü gözləyirəm. Əlimizdən tutub o gizli Xəzinənin (s.ə) ziyarətinə gedəcəyimiz günü gözləyirəm.

Və sonda sizə səslənirəm ey ağıl sahibləri! Ey vicdan və insaf sahibləri! Ey bəsirət sahibləri! O Xəzinə (s.ə) hardadır? O qiymətli Xəzinəni (s.ə) hara dəfn etdilər?! Yalvarıram, susmayın. Mənə deyin o Xəzinə (s.ə) hardadır?
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
loading...
Oxsar Xeberler:
© 2017. FIALKA.AZ
Profil Sekilleri, Sevgi Sekilleri, Yazili Sekiller, profil sekilleri, yazili sekiller, sevgi sekilleri 2019, sekiller yukle, profil sekilleri 2019, yazili sekiller 2019, yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil, super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle, darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle, Sekiller | yazili sekiller | profil sekiller | xanimlardan sekiller