Terapevtlər boğazda quruluğun müxəlif xəstəliklər səbəbindən əmələ gəldiyini deyirlər. Onların sözlərinə görə bu adi infeksiya xəstəliyindən tutmuş, ağır xəstəliklərin belə patoloji əlaməti hesab edilə bilər. Dizqnozu mütləq həkim təyin edir, amma boğazda quruluğa hansı xəstəliklərin səbəb ola biləcəyini mən sizlərlə bölüşmək istəyirəm.
1. Boğazda quruluğun əmələ gəlməsinə yuxarı tənəffüs yollarının infeksiya xəstəlikləri səbəb ola bilir. Bu zaman boğazda quruluq hissi ilə birlikdə udma zamanı ağrı hissi də olur. Bu səbəbdən əmələ gələn quruluq hissini aradan qaldırmaq üçün boğazı qarqara eləmək lazımdır. İnfeksiya xəstəlikləri səbəbindən əmələ gələn quruluq hissi xəstəlik sağaldıqdan sonra itib gedir.
2. Həddindən artıq siqaret çəkmə zamanı da boğaz quruyur. Bu zaman quru və xırıltılı öskürək müşayiət edilir. Boğazın quruluğunu siqaretin tərkibində olan toksiki maddələr əmələ gətirir. Belə quruluq hissi xəstədə məcburi öskürəyə səbəb olur.
3. Ağızla nəfəs alma boğazda quruluq hissi yaradır. Buna səbəb ağız vasitəsilə dolan havanın boğazı qurutması olur.
4. Susuzlaşma boğazda quruluq hissi yaradan səbəblərdən biridir. Bu bəzi insanlarda isti havalarda evdən çıxarkən su içmədikdə baş verir. Əlaməti aradan qaldırmaq üçün qazsız adi su içmək lazımdır.
5. Boğazda quruluq hissinin olması şəkər xəstəliyin əlamətlərindən biri sayılır. Əgər sizin tez-tez boğazınızda quruluq hissi olursa, mütləq həkimə müraciət edin və ya qanınızın analizini verərək şəkərinizi yoxladın.