Əmirəl-mömininə (ə) imanla bağlı sual verirlər və Həzrət (ə) buyurur: "Allah Təala imanı dörd sütunda qərar vermişdir: səbir, yəqin, ədalət və cihad".
Səbrin dörd şöbəsi vardır: meyil, qorxu, zöhd və nəzarət. Hər kimin behiştə meyili olar - nəfsani istəklərini kənara qoyar. Hər kim cəhənnəmdən qorxar - haram işlərdən üz çevirər. Hər kim dünyada zahid olar - müsibətlər onun üçün asan olar. Hər kim ölümün intizarını çəkər - yaxşı əməllər görməyə tələsər.
Haqq ağırdır. Ancaq Allah onu səbirlilər üçün asan etmişdir.
İmam Əli (ə) başqa yerdə buyurur: "Yaxşılığı və əməli riyadan uzaq olmaq üçün gizli saxlamaq, narahatlıqlara səbir etmək, müsibətləri gizlətmək- behiştin xəzinələrindəndir".
Həzrət Əli (ə) buyurur: "Haqqın acılığına səbir et. Ehtiyatlı ol ki, batilin şirinliyinə aldanmayasan".
İmam Baqir (ə) buyurur: "Behişt - səbir və xoşagəlməz hadisələrlə mühasirə olmuşdur. Hər kim dünyada müsibətlərə səbir edər - behiştə daxil olar. Cəhənnəm xoşluqlar və heyvani şəhvətlə mühasirə olunmuşdur. Ona görə də hər kim şəhvət və ləzzət ardınca olar - atəşə daxil olar".