Toyqabağı arıqlamaq istəyən xanımlar üçün - MƏSLƏHƏT
Hər bir xanım toy günündə gözəl görünmək istəyir. Artıq çəkisindən narahat olan xanımlar isə bu ərəfədə arıqlamağa can atırlar.
Toy qabağı arıqlamaq üçün ən effektiv vasitə üzməkdir. Üzgüçülüklə məşğul olmaqla bədənin bütün bölgələrində incəlmə müşahidə olunur.
Həkimlər həmçinin, arıqlamaq üçün bol su içməyi məsləhət görür. Hər gün qatıq, meyvə-tərəvəz, salat, ət yeyin. Çalışın, kalorili qidalardan uzaq durun.
Toya hazırlıq kifayət qədər stressli bir proses olduğu üçün həyəcan, stressi həyatınızdan uzaq tutun. Gün ərzində, rahatlamaq üçün çobanyastığı, cökə çayları için.
Toya 3 gün qalmış həzmsizlik, şişkinlik problemləri yarana bilər. Bu halların qarşısını almaq üçün paxla, lobya, noxud, banan, şaftalı, soğan, turp, çuğundur, armud, kişmiş, qabaq yeməyiniz məsləhətdir.