Avam insanlar arasında belə bir söz vardır ki, atəş alovlanan zaman həm qurunu yandırar, həm də yaşı.
Ancaq əgər tarixə nəzər salsaq, görərik ki, qövmlərə nazil olan bəlalar zamanı heç bir günahsız boş yerə canını itirməmişdir.
Lutun şəhərində mömin bir ailə yaşayırdı. Allah bu qövmə bəla nazil edən zaman həmin ailəyə nicat verir.
Müqəddəs Quran ayələrində də bunu aydın şəkildə görmək olur. "Kim doğru yola gəlsə, ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır.
Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik". ("İsra" 15).
Ona görə də hər kim bu əqidənin əksinə olan bir nəzərə rast gəlsə, gərək onu kənara qoysun - çünki yanlış nəzərdir.
Bəziləri deyir ki, kafirlərin övladları valideynləri kimi cəhənnəm atəşində əzab olunacaqdır. Bu əqidə əsla İslami əqidə deyildir.
Çünki heç bir günahsız övlad öz valideynlərinin günahına görə cəzalandırılmaz. Səadət qapıları onların da üzünə açıq olar.