Bu qızın anası haradadır?
Uzun illər boyu zehinlərdə həzrət Rüqəyyə ilə bağlı şübhələr dolaşıb. Doğrudanmı Kərbəlada İmam Hüseynin (ə) Rüqəyyə adlı qızı olub?
Həzrət Rüqəyyənin anası Ümmi-İshaq İmam Həsənin (ə) vəsiyyəti ilə sonradan İmam Hüseynlə (ə) izdivac edib. Bu xanımın fəzilətli bir xanım olduğu söylənilir.
Şeyx Müfid İrşad kitabında Ümmi-İshaq binti Təlhəni İmam Hüseynin (ə) qızı Fatimənin anası kimi təqdim edir. Deyirlər İmam Hüseynin (ə) cəmi 2 qızı olub: Səkinə və Fatimə. Amma bu sözlə bağlı yekdil fikir yoxdur. Başqa bir rəvayətə əsasən İmam Hüseynin (ə) 3 ya 4 qızı olub.
Təbəri yazır: Həzrət Hüseynin (ə) 3 qızı olub: Zeynəb, Səkinə və Fatimə... Son sözü Əllamə Ərbili və İbn Səbbağ Maliki qələmə alıb.
Onlar yazır: Şeyx Kəmaluddin İbn Təlhə deyir ki, İmam Hüseynin (ə) oğlan və qız övladlarının sayı 10 olub... 6 oğlan, 4 qız. Oğlan övladlar: Əli Əkbər, Əli Əvsət, Zeynəl Abidin, Əli Əsğər, Məhəmməd, Abdullah, Cəfər.
Qız övladları: Zeynəb, Səkinə, Fatimə. Ərbili və İbn Səbbağ 4-cü qızın adını çəkmir. Olsun ki, bu elə Rüqəyyə adı ilə tanınan qızdır. Rəvayətlərdə deyilir ki, Rüqəyyə binti Əlinin (ə) qəbri Misirdədir. Bunu Yaqut Həməvi və başqaları nəql ediblər.
Bəzi rəvayətlərə əsasən, Həzrəti Rüqəyyə dünyasını dəyişəndən sonra Yezidin göstərişi ilə çıraq və qüsl taxtını yığışdırdılar, bu qızı əynindəki köhnə libaslarla kəfənlədilər. Şam qadınları toplaşdı, onlar qara libas geymişdilər. Əhli-Beyti (ə) yola salmaq üçün küçələrə çıxmışdılar. Hər tərəfdən onların nalələri eşidilirdi.
Böyük bir xəcalətlə Əhli-Beytlə (ə) vidalaşırdılar. Əhli-Beyt (ə) karvanı görünəndə Şam əhli göz yaşı axıdırdı. Xanım Zeynəb bu fürsətdən istifadə edib kəcavədən başını çıxardı və Şam camaatına üz tutaraq buyurdu: Ey Şam əhli, bu xarabada bizdən bir əmanət qaldı. Onu sizə tapşırıram. Qəbrinin üstünə getsəniz məzarına su tökün, qəbri kənarında çıraq yandırın...
Sual olunur ki, İmam Hüseyn (ə) özü Rüqəyyə adını dilə gətiribmi? Seyid İbn Tavus yazır ki, imam Əhli-Beytlə (ə) vidalaşanda buyurdu: Bacım Ümmi-Gülsüm, ey Zeynəb, ey Rüqəyyə, ey Fatimə, ey Rübab, ehtiyatlı olun, mən öldürüləndən sonra yaxanızı çırmayın, üzünüzə əl aparmayın, dilinizə pis söz gəlməsin...
Seyid İbn Ümeyrənin gözəl və yanqılı qəsidəsində iki yerdə Rüqəyyənin adı çəkilir. Bu şəxs İmam Sadiq (ə) və İmam Kazimin (ə) səhabələrindən olub.
Qunduzi yazır ki, imam nida etdi: Ey Ümmü Gülsüm, ey Səkinə, ey Rüqəyyə, ey Atikə, ey Zeynəb, ey mənim Əhli-Beytim (ə), sizə salam olsun...
Həzrət Zeynəb öz ətrafı ilə Mədinəyə qayıdanda Mədinə qadınları başsağlığı üçün onun görüşünə gəldilər. Xanım Zeynəb üzücü Kərbəla hadisələrindən, Kufə və Şamda baş verənlərdən danışdı. Gələnlər ağladılar.
Sonra Rüqəyyəni xatırladılar. Xanım buyurdu: Rüqəyyənin Şam xarabalığında dünyasını dəyişməsi mənim belimi qırdı, saçımı ağartdı... Qadınlar bu sözü eşidəndə nalələri yüksəldi, Rüqəyyənin çəkdiyi əzabı yada salıb ağladılar...
Nəql olunur ki, qüsl verən qadın Rüqəyyəyə qüsl verərkən birdən geri çəkildi və dedi: Bu əsirin sahibi kimdir? Həzrət Zeynəb buyurdu ki, nə istəyirsən?
Qadın dedi: Bu qız nə xəstəliyə tutulub ki, bədəni göyərib? Xanım Zeynəb buyurdu: Ey Qadın! O xəstə deyil. Bədənindəki göylər düşmən qamçılarının yeridir...
Başqa bir rəvayətdə deyilir ki, qüsl verən qadın geri çəkilib başına vurdu və ağladı. Səbəbini soruşanda dedi ki, bu qızın anası haradadır, onun bədənindəki qara ləkələr nədir? Cavab verdilər ki, bu ləkələr düşmənin qamçılarının yeridir.
Bəzi tarixçilərin Rüqəyyənin adını çəkməməsi belə bir şəxsin Kərbəlada olmadığına sübutdurmu? Qeyd edək ki, hadisələrin qələmə alınması imkanları məhdud olub.
Digər tərəfdən Bəni Üməyyə hökuməti imamın övladları haqqında məlumatları ötr-basdır edirdi. Tarixçilər nəzarətə götürülmüşdü, onlar həqiqəti yaza bilmirdilər.
Bu səbəb oldu ki, onların başına gələn bir çox hadisələr unudulsun. Bunu nəzərə alsaq, tarixçilərin Rüqəyyənin adını çəkməməsi onun realda olmamasına dəlil deyil.
Mərhum Ayətullah Hacı Mirza Haşim Xorasani "Müntəxəbül-təvarix" kitabında yazır: Şeyx Məhəmməd Əli Şami Nəcəfin tanınmış alimlərindəndir.
O mənə dedi: Cənab ağa seyid İbrahim Dəməşqi 90 yaşına çatmışdı, 3 qız övladı vardı. Bir gün onun böyük qızı yuxuda İmam Hüseynin (ə) qızı Rüqəyyəni gördü.
Rüqəyyə yuxuda ona deyir ki, mənim qəbrimə su dolub, əziyyət çəkirəm, atan bunu valiyə desin, mənim qəbrimə baxsınlar. Qız bu barədə atasına deyir. Amma seyid düşmənlərin qorxusundan kiməsə bir söz demir. İkinci gün ortancıl qızı eyni yuxunu görür. Bu dəfə də seyid tərəddüd edir. Üçüncü gecə kiçik qız həmin yuxunu görür.
Seyid yenə bir addım atmır. Dördüncü gecə seyid özü yuxuda xanım Rüqəyyəni görür və Rüqəyyə ona buyurur, nə üçün valiyə xəbərdarlıq etməyib? Səhər seyid Şam valisinin yanına gedib, yuxusunu danışır.
Vali göstəriş verir ki, sünnü və şiə alimləri toplansınlar və qəbri açıb təmir etsinlər. Valinin göstərişi əsasında şiə və sünni böyükləri qəbri açırlar, cənazəyə qüsl verib onu pak parça ilə kəfənləyirlər.
Maraqlıdır ki, alimlər cənazə olan sərdabədə qapını açmaq istəyəndə qapı açılmır. Yalnız mərhum seyid İbrahim qapını aça bilir. Külünk götürüb nə qədər yerə vursalar da qəbri aça bilmirlər. Yenə də seyid İbrahim bu işi görə bilir. Qəbri açanda onun su ilə dolduğunu görürlər.
Seyid İbrahim cənazəni qəbirdən çıxarır, ağlamağa başlayır. Qəbri təmir edirlər. Sonra cənazə namazı qılırlar, xanımı dəfn edirlər. Bu iş 3 gün uzanır. Bu 3 gündə seyid İbrahim yemək-içməyi yaddan çıxarır. Xanımı dəfn edəndə Allaha dua edir, oğlan övlad istəyir. Sonra onun oğul övladı dünyaya gəlir.
Bu hadisədən sonra vali baş verənlər barədə sultan Əbdülhəmid Osmanlıya yazır. O da Xanım Zeynəb, xanım Rüqəyyə, xanım Ümmü-Gülsüm və xanım Səkinənin məzarlarına nəzarəti seyid İbrahimə tapşırır. Hazırda da seyid İbrahimin nəvəsi bu qəbirlərə nəzarət edir.
Ayətullah hacı Mirza Haşim Xorasani deyir: Bu hadisənin 1280-cı ildə baş verdiyi ehtimal olunur...
Məhəmməd Ədib Təqiyəddin Hüsnünün kitabında yazılır ki, İmam Hüseynin (ə) azyaşlı qızı Rüqəyyə Babul-Fəradisdə dəfn olunub.
Şeranidən nəql olunur: Mötəbər adamlardan biri mənə dedi ki, İmam Hüseynin (ə) qızı Rüqəyyə Yezidin imarətinin yaxınlığında bir sərdabədə dəfn olunub.
Orada Əhli-Beytdən (ə) olan başqa şəxslər də torpağa tapşırılıb. Bu gün həmin məscid Şəcərətül-Dürr adı ilə məşhurdur. Qapıdakı daş üzərində Rüqəyyənin adı qeyd olunub.
Mərhum hacı Mirza Əli Mühəddiszadə, (mərhum Mühəddis hacı Şeyx Abbas Qumminin oğlu) Tehranın məşhur vaiz və xətibi olub. O buyurur: Bir il boğazımda ağır xəstəlik oldu, səsim tutuldu. Daha minbərə gedib söhbət edə bilmirdim.
Təbii ki, belə halda hər adam müalicə barədə fikirləşir. Mən də mütəxəssis bir həkimə müraciət etdim. Məlum oldu ki, xəstəliyim çox ciddidir və bəzi səs tellərim iflic olub. Yəni sağlamlığımı geri qaytarmaq qeyri-mümkünsüz idi. Həkim mənə müalicə yazsa da, istirahət etməyi tapşırdı.
Dedi bir neçə ay hətta ətrafındakılarla söhbət etməməyə çalış. Ailə-övlada da lazım olan sözü kağıza yaz. Hətta ailə-övladla danışmamaq çox çətin iş idi. İnsanın hər şeydən çox ünsiyyətə ehtiyacı var. Bunun da nəticəsi məlum deyildi. Belə ağır xəstəliklər zamanı insan iztirab keçirir. Ağır iztirab Allahı yada salır.
Həkim-dərmandan ümid üzüləndə Allah dərgahına üz tutur, bəlkə bu vasitə ilə dərdinə əlac ola. Mən də belə etdim. İmam Hüseynə (ə) təvəssül etdim.
Bir gün günorta və əsr namazlarından sonra təvəssül ruhiyyəsi yarandı, çox ağladım imama müraciətlə dedim: Ey Peyğəmbər (s) övladı, bu xəstəlik qarşısında səbr etmək mənə çətin olub. Bundan başqa mən minbər əhliyəm, xalq mənim minbərimi gözləyir. Ömrümün əvvəlindən bu vaxta qədər sizə xidmət etmişəm.
İndi nə oldu ki, bir dəfəyə xəstəlik səbəbindən bu işdən ayrılmalıyam? Qarşıdan ramazan ayı gəlir. Məni dəvət edəcəklər. Nə cavab verim? Mənə bir nəzər sal, Allah şəfa versin... Bu təvəssüldən sonra yuxuya getdim. Yuxuda bir böyük otaq gördüm. Otağın yarısı çox işıqlı idi.
O biri yarısı bir qədər qaranlıq idi. İşıqlı tərəfdə İmam Hüseyn (ə) əyləşmişdi. Çox sevindim. Şikayətlənməyə başladım. Dedim ki, minbərdə mənim söhbətimi istəyirlər.
Həkim isə mənə hətta ailə-övladımla danışmağa icazə vermir. Çox danışdım, ahu-zar etdim. İmam mənə işarə etdi ki, qapının ağzında dayanmış seyid imamın qızının müsibətindən oxusun. Dedi o oxusun sən də ağla. Mən qapıya baxanda bacımın həyat yoldaşı hacı ağa Müstafa Təbatəbai Qummini gördüm.
O Tehranın tanınmış xətiblərindən idi. Ağanın sözünü ona çatdırdım. İmam ona buyurdu ki, qızımın rövzəsini oxu. O həzrəti Rüqəyyənin müsibətindən oxumağa başladı. Mən ağlayırdım. Elə bu vaxt məni yuxudan oyatdılar. Məni yuxudan oyatdıqları üçün çox narahat oldum. Bir daha o səhnəni görmək çətin məsələ idi.
Səhəri gün əvvəlki həkimin yanına getdim. Həkim müayinədən sonra dedi ki, xəstəlikdən heç bir əsər-əlamət qalmayıb. Təəccüblə məndən soruşdu ki, nə qəbul etmisiniz bu qədər təsirli olub? Mən təvəssülü, yuxumu danışdım.
Həkim bu söhbətləri eşidəndə əlindəki qələm yerə düşdü. O İmam Hüseynin (ə) adını eşidəndə ağlamağa başladı. Dedi ki, sizin təvəssüldən başqa çıxış yolunuz yox idi.
Ayətullah İsna Əşəri buyurur: Hacı Həsən Ağa Şirazidən eşitmişəm ki, mərhum Ayətullah seyid Möhsin Əmin belə nəql edib: Ayətullah seyid Möhsin Cəbəlamilinin vaxtında xanım Rüqəyyənin qəbri su altında qalmışdı. Qəbrin yaxınlığında bir çay vardı.
Dedilər ki, qəbri başqa bir yerə köçürək. Çünki çayın yolunu dəyişə bilməzdik. Ayətullah seyid Möhsinə deyirlər ki, bu işi sən gör. Əgər çarə yoxsa, mən qəbri açaram, cənazəni çıxararam. Sonra qəbrin açılması üçün icazə istədi. Cənazəni çıxardı, qüsl verib ağ kəfənə bürüdü. Qəbir açılarkən maraqlı hadisə baş verir.
Seyid qəbrə daxil olanda birdən-birə halı dəyişir və yerə yıxılır. Ona kömək edib qaldırırlar. Seyid deyir: Vay olsun mənə. Mənə demişdilər ki, Yezid qüsl verən qadın və kəfən göndərib. Bilirdim ki, yalan deyiblər...
Qız köhnə libasla dəfn olunmuşdu. Seyid deyir ki, mən cənazənin yerini dəyişməyə qorxuram. Qorxuram ki, Rüqəyyə binti Hüseyn (ə) adı ilə bir də tanınmaya. Əhli-Beytin (ə) cavabını necə verərəm?! Çayın yolunu dəyişməyin xərci nə qədərsə verirəm, çayın yolunu dəyişin!
Mərhum Ayətullah Bircəndinin Kərbəla ilə bağlı yazılarında qeyd olunub ki, İmam Hüseynin (ə) kiçik qızı səfər ayının 5-də, 61-ci ildə dünyasını dəyişdi. Bu məlumat Riyazul-Qüds kitabında da nəql olunub.
Həmid ibn Müslümdən nəql olunur ki, Əli Əsgər şəhid olanda qızlar xeymədən çıxdılar. Özlərini körpə şəhidin üstünə atdılar. Fatimə, Səkinə və Rüqəyyə orada idi.
İmam Hüseyn (ə) İmam Səccada (ə) meydana gətmək icazəsi vermədi.
Buyurdu: Övladım, sən mənim ən pak övladımsan, qadınlar və uşaqlar üzərində canişinimsən... Sonra imam buyurdu: Ey Zeynəb, ey Ümmü Gülsüm, ey Səkinə, ey Rüqəyyə, ey Fatimə, sözümü eşidin. Bilin ki, oğlum mənim xəlifəm və canişinimdir. O imam və rəhbərdir. Ona itaət etmək sizə vacibdir.

Bolme: Maraqli / Dini Melumatlar
Fikirler (0)
Fikir Yaz
loading...
Oxsar Xeberler: