Sual: Hansı hallarda namazı dayandırmaq olar?
Cavab: Dörd halda namazı dayandırmaq olar:
1. İnsan öz canı və malını qorumaq üçün namazı dayandıra bilər;
2. Namaz zamanı tələbkar verdiyi borcu tələb edərsə və namazı dayandırmadan borcu qaytarmaq mümkün olmazsa;
3. Namaz gedişində insan başa düşsə ki, məscid murdarlanmışdır;
4. Rükuya getməmişdən azan və iqamənin yaddan çıxdığı yada düşdükdə.
Sual: Kafir kimdir?
Cavab: Allahı inkar edən, Ona şərik qoşan, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə inanmayan, namaz və oruc kimi zəruri dini hökmləri inkar edən kəs kafirdir.
Sual: On iki imamı qəbul etməyən kəs müsəlmandırmı?
Cavab: Əgər bir müsəlman on iki imamdan birinə qarşı düşmən münasibətdə olarsa, o murdar sayılır.
Sual : Şərab murdardırmı?
Cavab: Şərab və insanı məst edən bütün mayelər murdardır.