Qeydiyyat

Sekiller, Sevgi, Maraqli, Menali, Yukle, Profil,

Yazili Sekiller, Sekiller Yukle, Profil Sekilleri, Sevgi Sekilleri, Sekil Yukle, Maraqli Sekiller, Menali Sekiller, Profil Ucun, Status Sekilleri,

Şeyx Ənsari və Şeytanın toru

337


Əksəriyyətin eşitdiyi bir hadisədir: Deyirlər rəhmətlik Şeyx Ənsarinin vaxtında bir nəfər yuxusunda görür ki, şeytan əlində çoxlu rəngbərəng kəndirlər tutubdur.

Bu kəndirlərin bəziləri yaşıl, bəziləri qırmızı, bəziləri sarı və həmçinin bəziləri qalın və bəziləri nazikdir. Bu kəndirlərin arasında gözü həddən artıq qalın bir kəndirə sataşır. Diqqətlə baxanda görür kəndir qırılıb.

Şeytandan soruşur: -"Bu kəndirlər nə üçündür?"

Şeytan deyir: -"Bunlar bəni-Adəmi tora salmaq üçün tələdirlər. Bunları insanın boynuna keçirtməklə onları aldadıram."

O, kəndirlərin tək-təki haqqında sual edir. Kəndirlərdən biri haqqında soruşur, Şeytan deyir: -"Bu arvaddır, bu evdir, o birisi puldur, vəzifədir və s."

Həmin adam soruşur: -"Bəs mənim kəndirim hansıdır?"

Şeytan deyir: -"Sənin kəndirə ehtiyacın yoxdur, sən özün mənim dalımca gəlirsən! Bu kəndirlər o adamlar üçündür ki, mənim dalımca gəlmirlər və mən də bunları boyunlarına keçirib zorla dalımca sürüyürəm."

Soruşur: -"Bəs bu qırılmış qalın kəndir kimindir?"

Şeytan dərin bir ah çəkib deyir: - "Uzun zəhmət çəkib bu kəndiri Şeyx Ənsari üçün toxumuşdum, amma dünən axşam boynuna keçirəndə bir təkanla onu paraladı!"

Şeytan dilxorçuluğun şiddətindən böyük bir nərə çəkib uzaqlaşdı. Həmin şəxs bu vaxt yuxudan ayılır, səhərə qədər nigaran və narahat olur ki, bu nə yuxu idi mən gördüm. Səhər açılar-açılmaz mərhum Şeyx Ənsarinin qapısına gedir və olmuş əhvalatı ona nəql edir.

Şeyx ağlayıb deyir: -"Dünən gecə arvadımın ağrısı tutmuşdu, bari-həmlini yerə qoymaq vaxtı idi. Qonşu arvadlar və mama dedilər xəstə təcili zeytun yağı içməlidir və mənə dedilər "Get bir az zeytun yağı tap."

Mənim yağ almağa pulum yox idi. Yanımda olan iki tümən pul idi. O da imamın payı idi, qoymuşdum qırağa yiyəsinə verim. Həmin o iki tüməni götürdüm ki, gedib onunla yağı alım.

Yolda birdən ağlıma gəldi ki, birdən bu gecə başqa bir tələbənin arvadı doğmaq istəsə, onun yağ almağa pulu olacaq?
Ətraflı

Ürəyimdə dedim: -"Bəlkə də indi Nəcəfin hansısa guşəsində elə bir tələbə olsun ki, onun da arvadının sancısı tutmuş olsun və yağ almağa da pulu olmasın."

Yarı yoldan qayıdıb pulu yerinə qoydum. Dedim nə olur olsun, yağ olmayacaq, vəssəlam! Bu Şeytanın mənə qurduğu tələ idi. Düz doqquz ay bundan qabaq bu toru mənim üçün hörüb hazırlayırdı ki, nəhayət gözlədiyi gecə mən imamın malına əl uzadam. Amma Allahın köməyi ilə mən o kəndiri qırdım.

Bəli, Şeytan o adamları yolundan çıxarmağa çalışır ki, kamal yolunda qədəm götürürlər. İnsan elə ki kamal mərhələsinə qədəm qoyur, gözləri açılıb qəlbi işıqlanır, tövhidin cilvələri onun üçün zahir olur, ya da mükaşifə aləminə daxil olur; bir şey görür, bir səs eşidir, o saat Şeytan özünü yetirir və başlayır vəsvəsə etməyə - insanı özünə məğrur edir ki, sən artıq böyük mənsəbə çatmısan, başqalarının tayı deyilsən və bu kimi sözlər...

İnsan zəhmət çəkib mərifətin bu mərhələsinə çatandan və anlayanda ki, digər insanlar müstəqil təsir qüvvəsinə qadir deyillər, onların elə də böyük dəyəri yoxdur ki, bir-iki manat pul üçün və ya bir iş görmələri üçün qarşılarında əyilib-qalxılsın və kömək istənilsin, birdən Şeytan onu vəsvəsə edir ki, əcəb yüksək mərifətə çatmısan!

Çox gərəkli olmusan. Belə olan surətdə insan qürur xəstəliyinə mübtəla olur. Bu cür qürurun qarşısını almaq üçündür ki, Peyğəmbər (s) buyurandan sonra ki, camaatı Allahın qarşısında dəvələr kimi gör, -tez ardınca bu sözləri əlavə edir: -"Amma özünü onlardanda kiçik bil."

Özünü də başqaları kimi, bəlkə onlardan da kiçik gör ki, mövcudat silsiləsində sən də o zəncirin hissələrindən birisən. Bu silsilə hərəkətin biri digərini hərəkətə gətirir, amma ona ilk təkan verən Allahdır.

Deməli, bir kəs dində kamil biliyə yiyələnərsə, birincisi - başqalarını Allahla müqayisə etdikdə onları Allahın əzəməti, iradəsi qarşısında heç bir şey görür və ikincisi - başqalarını özü ilə müqayisə edəndə hamını özündən üstün görür.

Bu çox qəribə xüsusiyyətdir. Yəni Allah insana belə bir tovfiqi verəndə, bir tərəfdən insan, camaatı onun taleyinə birbaşa təsir göstərməkdə aciz görür, başqa bir tərəfdən də şəri qayda-qanuna riayət edir.

Başqalarını həyatda əsas qüdrət sahibi bilməsə də onlara təvazö və ehtiram göstərməkdə əskikliyə yol vermir. Şəri ədəb-ərkana riayət edir və həqiqətdə özünü başqalarından kiçik görür.

Bir tərəfdən insanları Allahın qarşısında yük daşıyan dəvələr kimi görür ki, yüyənləri Allahın əlindədir və başqa bir tərəfdən özünü onların arasında ən kiçik dəvə kimi görür.

Belə deyil ki, onları dəvə kimi görəndə özünü onlara minmiş kimi görsün! Əksinə, özünü onlardan da kiçik və zəlil görür. Əlbəttə, belə bir baxışla insanın özünü başqalarından bu şəkildə kiçik görməsi çox çətindir.

Amma bu olası bir işdir, həqiqəti var. Əgər insan bu mətləbi dərk etsə, belə ki, həm başqalarını əsas təsir amili görməsə və bununla yanaşı həm də onların qarşısında təvazökarlıq etsə, onun üçün dində qaranlıq qalan əksər suallara öz aydın cavabını tapacaqdır.

Həqiqətdə Peyğəmbərin (s) bu sözü ilə təvazökarlığın da həddi aydınlaşmış olur. Təvazö özünü başqalarının yanında alçatmaqla bərabər tutulmur, əksinə təvazö insanın izzət və şərəfini bir az da artırır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
loading...
Oxsar Xeberler:
© 2017. FIALKA.AZ
Profil Sekilleri, Sevgi Sekilleri, Yazili Sekiller, profil sekilleri, yazili sekiller, sevgi sekilleri 2019, sekiller yukle, profil sekilleri 2019, yazili sekiller 2019, yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil, super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle, darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle, Sekiller | yazili sekiller | profil sekiller | xanimlardan sekiller